“Sürix”dən ayrılan futbolçu “Neftçi”yə gələ bilər
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Yay transfer dönəminin ən fəal klublarından olan “Neftçi” hələ də heyətini gücləndirməkdə davam edir. “Transfer pəncərəsi”nin bağlanmasına baxmayaraq, “ağ-qaralar” oyunçu keçidlərinə fasilə vermək istəmir.
İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan oyunçuları araşdıran məşqçilər korpusu daha bir futbolçu ilə bağlı müsbət rəy verib.
Bu, Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyudur.
Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı orta sahə oyunçusu yayda bu komandadan ayrılıb. Norveçdə “Lilleström”, Türkiyədə “Osmanlıspor”un formasını geyinmiş Metyunun “Neftçi” də daxil olmaqla bir neçə variantı var. Lakin onun Azərbaycan klubuna keçmək ehtimalı daha yüksək qiymətləndirilir. Hazırda tərəflər arasında danışıq aparılır.
Qeyd edək ki, 2016-cı ildə Nigeriyadan Avropaya köçən İfeanyi Metyu həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















