“Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mövsümün ilk hissəsini uğursuz başa vuran “Neftçi”də islahatlar davam edir.
Klub hücum xəttini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Samuel Mrazı rənglərinə bağlamaq niyyətindədir.
Futbolçunu komandanın baş məşqçisi Samir Abasov şəxsən bəyənib. Mütəxəssis slovakiyalının çıxışını izləyib və onu “Neftçi”yə cəlb etməyə qərar verib.
Bakı klubu artıq onun üçün “Motor Lublin”ə rəsmi təklif göndərib. Tərəflər arasında danışıqlar prosesi davam edir.
Forvard cari mövsüm komandasının heyətində 18 oyun keçirib və 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
O, Slovakiya yığmasında 5 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.
Qeyd edək ki, Mraz "Brondbü", "Empoli", "Spetsiya", "Krotone", "Mirandes", "Volos" və "Anortosis" kimi klubların formasını geyinib.
AFFA millimizə yeni futbolçu gətirir - Qazaxıstandan! Danilo Diaş: “Bu, bizim üçün sürpriz idi” "Sabah"dan yeni transfer Yüksək Liqada V turun oyunları keçirilib Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb
Baxış sayı:86
Bu xəbər 15 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















