Neftçi dən növbəti transfer Rəsmi
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Neftçi" qış üçün növbəti transferini gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" heyətlərini Bassala Sambu ilə gücləndiriblər. Seneqal əsilli ingiltərəli hücumçunun son klubu Kiprin "Paralimni"si olub. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. O, bu mövsüm 21 matça çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib.
Qeyd edək ki, daha öncə "Neftçi" Ryonosuke Ohori və Ervin Camalovu transfer edib.
Baxış sayı:150
Bu xəbər 08 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















