“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yuri Vernidub “Neftçi”nin baş məşqçisi təyin olunanda komanda 7-ci pillədə idi. Bakılılar özündən aşağıda olan “Şamaxı”nı heç 3 xal da qabaqlamırdı. Amma “ağ-qaralar” ötən gün “Qarabağ”ı məğlub etməklə 4-cü pilləyə yüksəldilər.
Bu yer uğrunda son 4 turda “Zirə” ilə amansız mübarizənin gedəcəyinə şübhə yoxdu. Düzdü, “Zirə” kubokun finalında “Sabah”ı məğlub etməsə.
Bəs komandaların bundan sonrakı təqvimi necədi?
“Zirə”:
“Qəbələ” (ev)
“İmişli” (səfər)
“Sumqayıt” (ev)
“Araz-Naxçıvan” (səfər)
“Neftçi”:
“Karvan-Yevlax” (səfər)
“Şamaxı” (ev)
“Sabah” (səfər)
“Kəpəz” (səfər)
“Zirə”nin ilk iki oyunda xal itirmək ehtimalı yüksəkdi. Çünki bundan sonra həm kubokun finalı olacaq, həm də bu mövsüm məğlub edə bilmədikləri “İmişli” ilə biabırçı Quba stadionunda oynayacaqlar. Rəşad Sadıqov da bu oyunlarda rotasiyalar olacağını inkar etməyib.
“Neftçi”nin ən ciddi rəqibi çempionluq bəxş etdikəri “Sabah”dı. Masazır təmsilçisi həmin oyuna “qızıl dubl” edən komanda kimi çıxa bilər.
Futbolçuların köklənmə problemi yaşaması mümkündü. “Neftçi” bu mövsüm “Şamaxı”nı da məğlub edə bilməyiblər. Amma Kamranbəy Rəhimovun Şamaxıdakı son görüşdə verdiyi qalmaqallı qərar bakılı futbolçuların ikiqat qəzəblə oynamağa məcbur edə bilər.
Ümumi götürəndə şanslar bərabərdi, amma flaqman 4-cü yerə bir qədər daha yaxın görünür.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 02 May 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















