Icma.az
close
up
RU
Neftçi”nin medalçı olmaq şansı real görünürmü?

Neftçi”nin medalçı olmaq şansı real görünürmü?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Ötən mövsümün sonuna yaxın "Neftçi”nin avrokuboklardan kənarda qalma ehtimalı xeyli yüksəlmişdi. Turnir cədvəlində mükafatçılar sırasından xeyli uzaq düşən "ağ-qaralar”ın kubokun finalına gedən yolda da şansları yüksək deyildi. Həmin hərəfədə təcrübəli həmkarlarımdan biri komandanın baş məşqçisi Samir Abasovdana "Neftçi”nin avrokuboklardan kənar qalması halında istefa verib-verməyəcəyini soruşmuşdu. Çalışdırıcı bu sualı xeyli aqressiv qarşılamış, qalmaqallı cavablarla yadda qalmışdı.

Artıq yeni mövsümün də birinci dövrəsi başa çatdı. "Neftçi”nin indiki heyəti Samir Abasovun özünün bilavasitə iştirakıyla formalaşdırılıb. Komanda yayda Polşada yüksəksəviyyəli hazırlıq keçib, yoxlama oyunlarında gücünü sınayıb. Bütün bu toplanış və yoxlama oyunları da ondan ötrü idi ki, Samir bəy komandasının güclü və zəif nöqtələrini müəyyənləşdirsin, "Neftçi”ni yeni mövsümün startına tam hazırlasın. Bu hazırlıq və transferlər həm də Abasovun "heyəti mən yığmamışam, komandanı mövsümə mən hazırlamamışam” bəhanəsini kəsməli idi. 

Mövsümün uğursuz startı göstərdi ki, Samir bəy və onunla birlikdə "yeni "Neftçi” formalaşdıranlar işinin öhdəsindən gələ bilməyib. Bunu mən demirəm, "Neftçi”nin ilk dövrə ərzində keçirdiyi oyunlar və turnir cədvəlindəki yeri deyir. Premyer Liqadakı 11 rəqibinin hamısı ilə qarşılaşan "ağ-qaralar” bu oyunlarda cəmi üç dəfə azarkeşlərini qələbəylə sevindirib. Bu rəqiblər də "Sumqayıt”, "Qəbələ” və "Kəpəz”dir. Sonuncu ikisi elitada qalmaq uğrunda mübarizə aparır, Samir Abasovun köhnə komandası isə ortabab adına güc-bəlayla uyğun gəlir. Kamerunlu Abubakarın gəlişinə qədər qol vurmağa çətinlik çəkən paytaxt klubu onun gəlişindən sonra bu problemi qismən həll etmişə bənzəyirdi. Hər halda Abubakar "Qəbələ” və "Kəpəz” üzərindəki qələbələrdə böyük pay sahibi oldu. Amma...

Onun əsl imtahanı "Qarabağ”la oyun idi ki, liderə qarşı oyunda Abubakar itib-batdı. Elə komandanın lideri və kapitanı Emin Mahmudov da yalnız 45 dəqiqə dözə bildi. Fasilədən sonra Mahmudov meydana qayıtmadı. Samir Abasov da bildirdi ki, kapitan hələ fasiləyə qədər "gəmini tərk etmək”, yəni, əvəzlənmək istəyirmiş. Bəlkə də kiçik detal kimi görünə bilər, lakin yetərincə ciddi məqamdır. Hazırkı "Neftçi”nin gücü Premyer Liqanın liderləri ilə mübarizə aparmağa yetərli deyil. Abubakara da "Qarabağ”la oyunda "xoş gəldin” deyildi, adam bizim çempionatın əsl səviyyəsini görmüş oldu.

Samir bəyə indi istefa ilə bağlı sual ünvanlansa, o buna necə cavab verər? "Neftçi” yenə hədəflərindən uzaqdır, mükafatçılar sırasında özünə yer edə bilməyib. Bir oyun az keçirən "Qarabağ” "Neftçi”ni 8 xal qabaqlayır. Ehtiyatda bir oyunu olan "Sabah” da "Neftçi”dən 6 xal öndədir. Bu iki komandayla yanaşı "Turan Tovuz”un da işləri tam qaydasında gedir. Deməli, "Neftçi”nin medalçı olmaq şansı möcüzəyə bərabərdir. "Neftçi” kimi özünü "xalq komandası” hesab edən Moskva "Spartak”ı baş məşqçi Deyan Stankoviçi istefaya göndərdi. Rəsmi açıqlama da belə idi ki, klub rəhbərliyi turnir cədvəlindəki altıncı yeri yetərli hesab etməyib, məşqçinin işindən narazı qalıb. Bu yerdə adamın yadına o düşür ki, "Neftçi” birinci dövrəni 7-ci pillədə başa vurub. Gerisini "Neftçi”nin rəhbərliyi düşünsün. 

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri