“Neftçi”nin kapitanı Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə alıb
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Neftçi”nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə alıb.
Bunu Bakı klubunun mətbuat katibi Asəf Zeynallı deyib.
O, futbolçunun artıq Bakıya qayıtdığını söyləyib:
“Emin Mahmudov “Sumqayıt”la oyundan bir neçə gün əvvəl qasıq nahiyəsindən zədələnmişdi. Zədəsi ilə bağlı müalicə almaq üçün Serbiyaya getmişdi. O, dünən Bakıya qayıdıb. Məhz bu səbəbdən “Sumqayıt”la keçirilən oyunda iştirak edə bilməyib”, - deyə o, report.az-a açıqlamasında bildirib.
A.Zeynallı 33 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı tarixin müalicə prosesindən asılı olduğunu vurğulayıb:
“Onun müalicəsi Bakıda davam etdiriləcək. Eminin nə vaxt sıraya dönəcəyi müalicənin gedişatından asılı olacaq”.
Qeyd edək ki, ötən gün baş tutan “Sumqayıt” - “Neftçi” matçı paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















