Icma.az
close
up
RU
“Emin Mahmudov adını “Neftçi”nin tarixinə qızıl hərflərlə yazıb”

“Emin Mahmudov adını “Neftçi”nin tarixinə qızıl hərflərlə yazıb”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Misli Premyer Liqasının XI turunda doğma meydanda “Kəpəz”i minimal hesabla (1:0) məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə Zəfər Günü münasibətilə öz təbriklərini çatdırdı, ardınca oyun haqqında fikirlərini bölüşdü:

– Hər kəsi Zəfər Bayramı münasibətilə təbrik edirəm. Qoy Azərbaycanda həmişə sülh olsun, insanlar xoşbəxt və arzuladıqları kimi yaşasınlar. Eyni zamanda, istəyirəm ki, Ukrayna da bir gün azad olsun, qələbə qazansın və xalqımız sülh içində yaşasın. Mən bu günü görməyi səbirsizliklə gözləyirəm və inanıram ki, həyatda olduğum müddətdə bunu mütləq görəcəyəm.

– Artıq ikinci dəfədir ki, uğurlu əvəzetməniz qələbədə birbaşa rol oynayır. Əvvəl Şamaxıda, indi də “Kəpəz”lə ev matçında. Bu, təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılmış gedişdir?

– Çox xoşbəxtəm ki, meydana çıxan oyunçular verdiyimiz qərarları doğruldur və nəticə qazandırırlar. Bu o deməkdir ki, ehtiyat oyunçular skamyamız çox yaxşı vəziyyətdədir və hər kəs oynamaq üçün mübarizə aparır. Məsələn, oyundan öncə Şkribekə bildirdim ki, bu qarşılaşmada əsas heyətdə olmayacaq, fasilədən sonra meydana daxil olacaq. Çünki bundan əvvəl o, 5 saat məşqdə olmuşdu və bizə lazım idi ki, bir qədər dincəlsin, daha sonra isə oyunu gücləndirsin. Kimin əsas heyətdə başlayacağını, kimin isə kimi əvəz edəcəyini əvvəlcədən müəyyənləşdiririk ki, oyunumuz daha da güclənsin. Bu, komandadakı sağlam rəqabətdən xəbər verir və məni çox sevindirir.

– Komandada güclü rəqabət olduğunu dediniz. Onlardan biri də milli komandanın üzvü Emil Səfərovdur. Oyundan sonra onunla ayrıca söhbət etməyiniz diqqət çəkdi. Səfərov az oyun praktikası qazanmasından narahatdırmı? Ona hansı tövsiyələri verdiniz?

– Bu məsələ bizim “daxili mətbəximizdir”. Hər şey yaxşı olacaq, elə məhz buna görə də onunla söhbət edirik. Düşünürük ki, o, həm dincəlməli, həm də öz üzərində daha çox çalışmalıdır ki, əvvəlki çempionatda gördüyümüz Emil Səfərov olsun. Mən ona bütün səmimiyyətimlə inanıram. “Neftçi” onunla boş yerə üçillik müqavilə imzalamayıb. O, komanda üçün çox önəmli futbolçudur. Nə qədər tez dərk etsə, həm onun özü, həm də klubumuz üçün bir o qədər yaxşı olacaq.

– Növbəti qarşılaşma “Araz-Naxçıvan”a qarşı olacaq və böyük ehtimalla yenə Şamaxıda keçiriləcək. Süni örtüklü meydançaların komandaya təsiri necə olacaq?

– Orada hamı oynayır, təkcə “Neftçi” yox. Qorxulu heç nə yoxdur, çıxıb oynamalıyıq. Əgər ən yuxarı pillələrdə olmaq istəyiriksə, istənilən şəraitdə mübarizə aparmalıyıq. Səhv etmirəmsə, Azərbaycanda cəmi iki belə meydança var. Biri Şamaxıda, digəri isə Yevlaxda. İstərdim ki, gələcəkdə bütün komandalar daha gözəl və keyfiyyətli qazonlarda oynasınlar.

– Milli komandaların oyunları zamanı legionerlərin yığmaya yollanması klublara müsbət təsir etmir. “Neftçi”də hazırda bu say nə qədərdir?

– Milli komandada oynamaq hər bir futbolçu üçün böyük fəxrdir və bu, oyunçuların səviyyəsi haqqında çox şey deyir. İndi bizdən üç legioner, Sessi, Jubitana və Qravilyon, həmçinin dörd yerli oyunçumuz, Mahmudov, Balayev, Bədəlov və Abbasov milliyə dəvət alıblar. Onlara görə çox xoşbəxtəm. Tək arzum odur ki, zədə almadan qayıtsınlar və Azərbaycan millisinin qrupda birinci yeri tutmasına kömək etsinlər.

– Emin Mahmudov son vaxtlar az oyun şansı qazanır. Bu gün isə onun milli komandadakı karyerasını başa vurduğu açıqlanıb. Klubda yetərincə oynamaması bu qərara təsir göstəribmi?

– Emin Mahmudov Azərbaycandakı ən yüksək səviyyəli futbolçulardan biridir. O, uzun müddət milli komandanın lideri olub. Eyni zamanda “Neftçi”nin əsas oyunçularından biridir və klub üçün çox sayda matç keçirib. Millidə oynayıb-oynamamaq qərarını özü verməlidir, o, bunu edəcək qədər böyük adamdır. Mən onunla danışanda dedi ki, bilirəm, bu, ağır qərardır. Amma artıq klubuna daha çox vaxt ayıra biləcək. Yaş öz sözünü deyir, illər keçdikcə gəncləşmirik, yaşlanırıq. Mən çox istərdim ki, “Neftçi”də oynamasına davam etsin. O, həm peşəkar, həm də insan kimi buna çox layiqdir. Emin həm də əsl kapitan kimi mənə hər işdə, oyunçularla ünsiyyətdə və mənim ailədaxili məsələlərimdə çox kömək edib. Münasibətlərimiz açıq və səmimidir. Ümid edirəm ki, meydanda daha çox çıxış etməyə  şansı olacaq.

– Əgər mövsümün sonunda Emin Mahmudov ümumiyyətlə futbolçu karyerasını bitirmək qərarına gəlsə, onu bu fikrindən yayındırmaq və ya klubda saxlamaq üçün nə edəcəksiniz?

– Emin Mahmudov karyerasının böyük hissəsini “Neftçi”yə həsr edib. Bildiyim qədərilə, artıq 10 ildən çoxdur bu klubun formasını geyinir. Əgər belə bir qərar versə, ona deyəcəyəm ki, klubda qala bilər. İstər məşqçi, istər menecer kimi hər zaman “Neftçi”nin yanında olmalıdır. Düşünürəm ki, o,  gələcəkdə çox uğurlu məşqçi ola bilər. Emin onsuz da adını “Neftçi”nin tarixinə qızıl hərflərlə yazdırıb. Üstəlik, qarşıdakı oyun onun “Neftçi” formasında 300-cü matçı olacaq.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Noyabr 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri