“Neftçi”nin sabiq qapıçısı: “Komanda lazımi səviyyəyə qayıda bilmir”
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mən sabiq komandamı və bütün Azərbaycan çempionatını izləyirəm". Bu sözləri Sport24.az-a "Neftçi"nin keçmiş qapıçısı İvan Brkiç deyib.
Xorvatiyalı qolkiper "ağ-qaralar"ın hazırkı durumu ilə bağlı danışıb:
"Azərbaycan çempionatında çıxış edən bir çox klubun inkişaf etdiyini və daha yaxşı oynadığını görürəm. Amma "Neftçi" hələ də lazımi səviyyəyə qayıda bilmir. Skaut şöbəsi həqiqətən daha yaxşı iş görməlidir. Vəziyyəti dəyişdirməli olan son transfer kimi təkcə Abubakar kifayət deyil. Bütün tənqidlərə baxmayaraq, Emin Mahmudov yenidən komandanın ən yaxşı oyunçusudur".
O, baş məşqçi Samir Abasovun istefaya göndərilməsinə də toxunub:
"Komanda yaxşı çıxış etməyəndə baş məşqçi əvəzlənir. Futbolda bu qaçılmazdır. Amma bunun "Neftçi"nin irəliləməsi üçün kifayət edib-etməyəcəyini, dürüst desəm, bilmirəm. Artıq bir çox məşqçi və oyunçu dəyişdirilib və işlər hələ də düzgün deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















