Icma.az
close
up
RU
“Neftçi”nin sabiq oyunçusu: “Levski” əsl komanda oyunu sərgiləyir” MÜSAHİBƏ

“Neftçi”nin sabiq oyunçusu: “Levski” əsl komanda oyunu sərgiləyir” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin bolqarıstanlı sabiq yarımmüdafiəçisi Svetoslav Petrovun Futbolinfo.az-a müsahibəsi

– Əvvəlcə özünüz haqda danışardınız. Artıq neçə ildir ki, məşqçi kimi fəaliyyət göstərirsiniz…

– Bəli, hazırda Bolqarıstanın U-17 yığma komandasının məşqçisiyəm. Buna qədər Bolqarıstanın yüksək liqasında da məşqçilik etmişəm. Amma indi gənclərlə işləmək mənə daha xoş gəlir.

– Azərbaycandakı karyeranızı necə xatırlayırsınız? “Neftçi”də oynadığınız illər yaddaşınızda necə qalıb?

– Bakıda keçirdiyim illəri çox xoş hisslərlə xatırlayıram. “Neftçi”də özümü əla hiss edirdim. Keçən il “Qarabağ” Bolqarıstanda “Ludoqorets”lə oynayanda Zaur Tağızadə və Elçin Rəhimovla görüşməyə vaxt tapmışdım. Uzun zamandan sonra onları görmək mənim üçün xoş olmuşdu.

– “Neftçi”də 77 nömrəli formanı geyinirdiniz və daha çox cərimə zərbələrindən vurduğunuz qollarla xatırlanırsınız. “Ağ-qaralar”ın heyətində sizin üçün ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?

– Vurduğum bütün qollar mənim üçün çox önəmlidir və ayrı-ayrılıqda hər birini yaxşı xatırlayıram. Finalda qol vurub “Birlik Kuboku”nu qazananda çox sevinmişdim. Komandadakı hər kəsin və azarkeşlərin nə qədər xoşbəxt olduğunu görmək dəyərli hiss idi.

– Əfsuslar olsun ki, “Neftçi” uzun müddətdir adına layiq şəkildə çıxış edə bilmir. Son illərdə cəmi 1 çempionluğun əldə edilməsi də bunu təsdiqləyir. “Neftçi”nin yaşadığı uğursuzluqların səbəbini nədə görürsünüz?

– “Neftçi”nin niyə çempion ola bilmədiyinin səbəbini deyə bilmərəm, çünki komandada deyiləm. Amma digər tərəfdən Qurban Qurbanovun “Qarabağ”da gördüyü əla işi də nəzərə almaq lazımdır.

– Bu yay “Neftçi” xeyli sayda yeni transfer etdi. Azərbaycan çempionatının yeni mövsümündə “ağ-qaralar”dan hansı nəticəni gözləyirsiniz?

– Yeni futbolçuların gəlməsi dərhal çempionluq qazanılacağı demək deyil. Çempionluğa nail ola biləcək əla komanda formalaşdırmaq üçün çox lazımi məqamlar var.

– Konfrans Liqasındakı təmsilçilərimizdən olan “Sabah” turnirin 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?

– Hazırda “Levski” yaxşı oynayır, əla nəticələri var. Məncə, hər iki komanda güclüdür. Bu isə o deməkdir ki, bizi gözəl matçlar gözləyir.

– “Levski”nin güclü cəhətləri hansılardır? Bu komandanın heyətində ən təhlükəli futbolçu kimdir?

– Hazırkı “Levski”nin güclü cəhəti odur ki, əsl komanda oyunu sərgiləyirlər. Xüsusən hücum xəttində yaxşı oyunçuları var. Marin Petkov, Radoslav Kirilov və Everton Bala əla sürətə malik, birəbir oynamağı sevən, maraqlı futbolçulardır. “Levski”nin dayaq yarımmüdafiəçisi Georgi Kostadinovun oynamaması “Sabah” üçün üstünlük olacaq. Çünki o, “Levski”nin ən təcrübəli üzvlərindəndir.

– Bolqarıstan çempionatında çıxış edən, “Arda”nın formasını geyinən azərbaycanlı futbolçu Cəlal Hüseynov haqda nə deyə bilərsiniz? Sizcə, o, yaxın illərdə daha iddialı kluba keçə biləcək?

– Düzünə desəm, onun oyununu bəyənirəm. Düşünürəm ki, Cəlal yaxın zamanda daha ambisiyalı kluba keçmək üçün bütün lazımi keyfiyyətlərə sahibdir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri