Icma.az
close
up
RU
“Neftçi”nin yaponiyalı yeni transferinin uğursuz karyera yolu... ARAŞDIRMA

“Neftçi”nin yaponiyalı yeni transferinin uğursuz karyera yolu... ARAŞDIRMA

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi”nin yeni transferi Ryonosuke Ohorinin azarkeşlər tərəfindən narazılıqla qarşılandığını xəbər vermişik.

Məlum olduğu kimi, onlar futbolçunun klubun hədəflərinə uyğun olmadığını iddia edir, ümumiyyətlə, düzgün seçim olmadığını düşünür.
“Football-plus.az” “Neftçi”lilərin əndişəsini nəzərə alıb oyunçu haqda ətraflı məlumat təqdim etməyi lazım bildi. Bu yazıda azarkeşlərin narazılığının haqlı olub-olmadığına aydınlıq gətirməyə çalışacağıq.
“Sanfreççe”dən...
O, 2001-ci il yanvarın 10-da Yaponiyanın Xirosima şəhərində dünyaya göz açıb. “Sanfreççe”də futbolçu həyatına qədəm qoyub, klubun gənclər akademiyasında bilik və bacarıqlarını təkmilləşdirib. Ölkəsinin perspektivli oyunçularından sayılan Ohori 2019-cu ildə U-18 Futbol Liqasının Şahzadə Takamado Kubokunun finalında komandasına qələbə gətirən qolu vurmaqla futbolsevərlərin rəğbətini qazanmağı bacarıb. Yaponiyanın qalibiyyətlərinə görə seçilən gənci qısa müddətdə legioner həyatı yaşamağa başlayıb.
Portuqaliyaya və ya karyerasına qəbir qazmağa...
“Portimonense”nin 23 yaşadək futbolçulardan ibarət komandasına transfer edilən Ohori bir il sonra – 2020-ci ildə Latviyanın “Daquavpils” klubuna gəlib. Burda özünü tapa bilməyən, dəqiq desək, ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən futbolçu ölkəsinə - “Xirosima”ya yollanıb və bəxtini yenidən sınayıb. Bir müddət sonra arzuladığı karyeranı burda qura bilməyəcəyini düşünən Ohori 2022-ci ildən Koreya “Gyeonqnam”ının şərəfini qorumağa başlayıb və növbəti uğursuzluqla üzləşib. Yenə ehtiyat, yenə ehtiyat...
Diriliş, yoxsa nə?
Hər halda, Ohori yenidən “Xirosima”ya qayıdıb. Düzdü, o, bu komandada meydana çıxdığı 16 matçda 18 qol vurmağı bacarıb və 2022/23 “futbol ili”ni uğurlu keçirib. Mövsümün sonunda “Litva”nın “Transinvest” klubuyla anlaşan futbolçu qənaətbəxş çıxışla yadda qalıb. Dəqiq desək, 31 matçda 6 qol, 2 məhsuldar ötürmənin müəllifi olub.
Maraq üçün qeyd edək ki, Ohori sonuncu matçını noyabrın 9-da keçirib. Yarımmüdafiəçinin “Neftçi”nin təlim-məşq toplanışında iştirak etmədiyini nəzərə alsaq, formaya düşməsi üçün bir qədər zamana ehtiyacı olacaq. “Transfermarkt”a görə 24 yaşlı futbolçunun qiyməti 250 min avrodu. O, Yunanıstanın U-17 millisinin sabiq üzvüdü.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Yanvar 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri