Icma.az
close
up
RU
Tarix belə “Neftçi” görməyib! ARAŞDIRMA

Tarix belə “Neftçi” görməyib! ARAŞDIRMA

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında mövsümün ikinci yarısının ilk turları arxada qalıb.

İdman.biz xəbər verir ki, bu oyunlar klubların simasının qış fasiləsində ciddi dəyişmədiyini üzə çıxardı.

Avrokubok iddiaçıları öz mübarizəsini davam etdirməkdə israrlı olduqlarını yenə göstərirlər. Yeganə diqqətçəkən məqam autsayderlərdəki canlanmadır. Bu da Premyer Liqada qalmaq uğrunda mübarizəni daha da gərginləşdirəcək.

Salam, I Liqa
Artıq “Səbail”lə “Kəpəz” I Liqaya yuvarlanmağa namizədlər sırasında yalnız deyillər. Daha iki komanda onlarla eyni məqsəd üçün vuruşur. “Şamaxı”nın yeni qayıtdığı Premyer Liqada qalmaq üçün mübarizə aparması bəlkə də adi qarşılana bilər. Amma autsayder “dördlüy”ündə daha bir ad var – “Neftçi”. Bir neçə il əvvələ qədər Azərbaycanın ən titullu klubu olan Bakı təmsilçisi indi qara günlərini yaşayır. Müstəqillik illərində heç vaxt aşağı dəstəyə düşməyən “ağ-qaraıar” I Liqaya “salam deməyə” yaxındır. Samir Abasovun komandasını son pillədən cəmi 4 xal ayırır. Nəzəri olaraq cəmi 2 turdan sonra “Neftçi”nin sonuncu yerdə qərarlaşması mümkündür. Bu, mövsümün sonunda da ola bilər ki, onda “ağ-qaralar” gələn çempionatda heç vaxt qazanmadığı I Liqa çempionluğu üçün mübarizə aparmalı olacaq.

Ötən minilliyin xatirəsi
Mövsümün fiaskosunun “Neftçi” olduğunu söyləməyə də ehtiyac yoxdur. Özünə, adına yaraşmayan nəticələrə malik komanda 20 oyunda vur-tut 18 xal toplayıb. Tarixə nəzər salıb əvvəlki 32 mövsümü gözdən keçirək. Görəsən, əvvəlki illərdə “ağ-qaralar” 20 matçda neçə xal yığıb?

Əlbəttə, müqayisənin düzgün olması üçün qələbəyə 2 xalın verildiyi ilk 4 çempionatda şərti olaraq 3 xalla hesablamaq lazımdır. Bir məqamı da qeyd edək ki, ikinci ölkə çempionatında bakılılar cəmi 18 oyun keçirib. Həmin 18 turda hətta qələbəyə 2 xalla saysaq belə indikindən daha yüksək nəticə olardı. Əvvəlki illərdə ən bərbad mövsüm 2016/17 sayılır. Həmin vaxt “Neftçi” 20 matçda 20 xal toplayıb. İndi isə daha bir “-2”. Yəni 2 xal da az. Bunadək heç vaxt “ağ-qaralar”ın belə az xal yığmasını görən olmamışdı. “Neftçi” öz azarkeşlərinə bunu da yaşatdı. Hərçənd, 4 dəfə - 1992, 1994/95, 1996/97 və 2000/01 mövsümlərində bakılılar artıq ilk 6 turda qazanılan ardıcıl qələbələrlə indi 20 matçda əldə etdiklərinə nail olmuşdular. Amma bu 4 mövsümün uğurlu startı ötən əsrdə, hətta ötən minillikdə qalıb.

Qələbə nə olan şeydir?
“Neftçi” 20 turda cəmi 3 qələbə qazanıb. Onların hamısı II dövrəyə təsadüf edib. Qalib gəlməkdə çətinlik çəkən bakılıların qələbənin nə olduğunu belə unutduğunu düşünmək olar. Həqiqətən də dəfələrlə 3 qələbəni elə ilk üç turda qazanan klub indi tarixinin ən qara günlərini yaşayır. 1992, 1994/95, 1996/97, 1999/2000, 2000/01, 2013/14, 2014/15 mövsümlərində ilk üç turda üç dəfə qalib gələn paytaxt təmsilçisi antirekorduna imza atıb. İndiyədək heç vaxt 20 oyunda belə az qalibiyyət olmayıb. 2016/17 mövsümündəki antirekord belə bundan ikiqat artıq idi. Onda 6 matçda üç xal qazanılıb.

3-cü fiasko
Bəlkə də kimsə komandanın bu dəfə daha az uduzduğunu düşünüb təsəlli tapacaq. Amma 20 turda 8 məğlubiyyət də az sayılmır. Düzdür, “Neftçi” 2016/17 mövsümündə 12, bir il sonra 9 oyunda xalsız qalıb. Amma həmin illərdə qələbə də, xal da çox olub. Bu dəfəki məğlubiyyət sayı üç ən uğursuzdan biridir.

Bir qola da həsrət
“Neftçi” 20 oyunda cəmi 18 qol vurub. Bu, komandanın orta hesabla hər oyunda 1 top belə vurmaması deməkdir. Orta göstərici 0,9-a bərabərdir. “Ağ-qaralar” tarixinin ikinci ən zəif hücum xəttinə malikdir. 2016/17 mövsümündə cəmi 15 top vurulub. Ümumiyyətlə bu iki mövsümdən başqa heç vaxt 20 turdan sonrakı orta göstərici vahiddən aşağı olmayıb.

“Neftçi”sayağı “inkişaf”
Ötən mövsümü boşa verib Avropaya da çıxmayan Bakı klubu 20 turdan sonra 18 top buraxmışdı. Bu dəfə “Neftçi” öz üslubunda “inkişaf edərək” bu rəqəmi 30-a çatdırıb. Orta hesabla hər görüşdə 1,5 top buraxılır. Bu, klubun müstəqillik illərindəki ikinci ən zəif nəticəsidir. 2016/17 mövsümündə üç top çox buraxılıb.

“Neftçi”nin start 20 oyunundakı nəticələri:

1992

20

19

0

1

58

8

57

1993

18

11

5

2

39

11

38

1993/94

20

10

7

3

29

9

37

1994/95

20

14

4

2

53

9

46

1995/96

20

11

6

3

42

17

39

1996/97

20

14

5

1

61

11

47

1997/98

20

10

3

7

32

16

33

1998/99

20

10

6

4

33

15

36

1999/2000

20

11

4

5

32

16

37

2000/01

20

16

3

1

57

11

51

2001/02

20

12

5

3

28

6

41

2003/04

20

16

3

1

45

14

51

2004/05

20

13

4

3

26

10

43

2005/06

20

12

7

1

44

12

43

2006/07

20

14

3

3

36

11

45

2007/08

20

14

4

2

37

16

46

2008/09

20

7

6

7

22

16

27

2009/10

20

9

7

4

20

13

34

2010/11

20

12

6

2

36

9

42

2011/12

20

14

1

5

41

16

43

2012/13

20

12

2

6

42

22

38

2013/14

20

11

5

4

32

21

38

2014/15

20

9

6

5

25

16

33

2015/16

20

7

7

6

21

19

28

2016/17

20

6

2

12

15

33

20

2017/18

20

8

3

9

24

22

27

2018/19

20

13

5

2

35

14

44

2019/20

20

10

7

3

33

14

37

2020/21

20

13

3

4

30

19

42

2021/22

20

11

4

5

34

23

37

2022/23

20

13

2

5

36

21

41

2023/24

20

9

5

6

24

18

32

2024/25

20

3

9

8

18

30

18

Qeyd 1: İlk 4 mövsümdə qələbəyə görə 2 xal verilsə də, cədvəldə 3 xal prinsipi ilə hesablanıb.
Qeyd 2: 1993-cü il mövsümündə “Neftçi” cəmi 18 oyun keçirib.
Qeyd 3: Texniki nəticələr top fərqində də nəzərə alınıb.

Gələn də vurur, gedən də vurur
“Neftçi”nin daha bir acınacaqlı antirekordu az qala hər matçda qol buraxması ilə bağlıdır. 20 turun 17-də topu qapısında görən “ağ-qaralar”a qol vurmaq az qala “su içməyə çevrilib”. Bakılıların 20 matçda cəmi 3 quru oyun keçirməsinə isə heç vaxt təsadüf olunmamışdı. Hətta 2016/17 mövsümündə bu rəqəm 5-ə bərabər olub. Əvvəlki antirekord isə 2012/13 mövsümünə məxsus idi. Onda 4 quru oyun baş tutub.

Daha bir acınacaqlı məqam ondan ibarətdir ki, “Neftçi” udduğu az sayda oyunda da qol buraxıb. Quruhesablı qələbəsi olmayan bakılılar yalnız 0:0 hesabı ilə bitən qarşılaşmalarda qapısını toxunulmaz saxlayıb.

1992

15

1993

10

1993/94

12

1994/95

14

1995/96

7

1996/97

11

1997/98

8

1998/99

10

1999/2000

9

2000/01

11

2001/02

15

2003/04

11

2004/05

12

2005/06

11

2006/07

11

2007/08

12

2008/09

9

2009/10

10

2010/11

14

2011/12

9

2012/13

4

2013/14

7

2014/15

10

2015/16

5

2016/17

5

2017/18

6

2018/19

10

2019/20

9

2020/21

7

2021/22

6

2022/23

10

2023/24

7

2024/25

3

Avropanı unudun
Tez-tez dəyişən baş məşqçilər, heyətdəki islahatlar, çoxsaylı transferlər də son illərdə özünə gəlməyən “Neftçi”nin dərdinə dərman olmur. Hətta cari mövsümün gedişində komandanın kapitanı, sonradan əsas qapıçı da dəyişib. Amma nəticələr dəyişmir. Görünən odur ki, əsas problem klubun qeyri-peşəkar idarə edilməsi ilə bağlıdır. Faydasız transferlər də, düzgün qurulmayan iş də bunu göstərir. Düzdür, hazırda kubokda nəzəri şansı qalan və Avropaya vəsiqə qazanmaq ümidi qalan “ağ-qaralar” ardıcıl ikinci dəfə qitəmiqyaslı turnirlərdən kənar düşməsi daha inandırıcı görünür. Ən yaxşısı Avropanı unudub düzgün, “Neftçi”ni yenidən liderlər sırasına qaytaracaq sistem qurmaqdır. “Kəpəz” və “Səbail”, “Şamaxı” kimi autsayderlərlə matçlarda xallar itirən komndanın kubokun sahibi kimi Avropa Liqasında nə edəcək?

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see341

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see294

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see232

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see214

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see205

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see198

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see196

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see195

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see194

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see191

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see185

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see165

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see164

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see155

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see151

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see151

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see148

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri