“Neftçi”yə qarşı oynamaq həmişə əlavə motivasiyadır”
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının XXXII turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Mövsümün son notlarıdır və artıq qarşımıza qoyulan məqsədə çatdığımız üçün görüşdə rotasiyalar etdik.
– Qarşıda “Neftçi” ilə oyun var. Rəqib üçün həlledici matçdır. Futbolçuları necə motivasiya edəcəksiniz?
– Hər oyuna motivasiyamız var. Bu gün az şans qazananları meydana buraxdıq. Düşünürəm ki, “Neftçi”yə qarşı oynamaq həmişə əlavə motivasiyadır.
– Gənclərə şans verməyi düşünürsünüz?
– Zaman göstərəcək. Azakeşlərimiz üçün yaxşı oyun sərgiləmək istəyirik.
– İki rəhbərliklə işləmisiniz. Kluba hansı yeniliklər gəlib?
– Bu il şərait daha yaxşıdır. Hər birinə böyük hörmətim var. İnşallah, hər şeyi zaman göstərəcək. İldən-ilə struktur, inkişaf daha yaxşı olmalıdır ki, nəticələr gəlsin.
Şahin Cəfərov
Baxış sayı:128
Bu xəbər 15 May 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















