Icma.az
close
up
RU
Neftin bahalaşması Azərbaycana nə qazandırır?

Neftin bahalaşması Azərbaycana nə qazandırır?

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 132 dolları ötüb. Neft qiymətləri bahalaşmaqda davam edir. "Brent" markalı neftin qiyməti isə 102 dolları ötüb. Bahalaşma Azərbaycana nə qazandırır? 

İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, mart ayında neft qiymətləri Azərbaycanın büdcədə nəzərdə tutduğu 65 dollardan təqribən 40 dollar daha yüksək (təqribən 105 dollar) olub:

"Azərbaycanın gündəlik neft ixracı təqribən 450 min bareldir. Sadə hesablamalarla baxsaq, gündəlik 450 min barel neft ixracından Azərbaycana təqribən 18 milyon dollar əlavə vəsait daxil olur. Aylıq isə bu rəqəm təqribən 540-550 milyon dollar təşkil edir.

Yəni neftin bahalaşması, Yaxın Şərqdəki müharibələr fonunda Azərbaycanın neft ixracından gəlirlərinin təqribən yarım milyard dollar daha yüksək olmasına gətirib çıxarır.

Maliyyə Nazirliyinin dövlət büdcəsi haqqında sənədlərindəki hesablamalara görə, neftin orta illik qiymətinin 10 dollar daha yüksək olması ölkəyə təqribən 2,2 milyard manat əlavə fayda verir. Bunun 1,8 milyard manatı Neft Fondunun gəlirlərini artırır. Təqribən 400 milyon manatı isə dövlət büdcəsinin vergi gəlirlərini yüksəldir.

Təbii ki, neftin qiymətinin yüksək olması ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə və ixrac gəlirlərinə müsbət təsir göstərir".

X. Kərimli qeyd edib ki, bundan başqa, mövcud proseslər fonunda neftin daha da bahalaşacağına dair proqnozlar var: "Neftin qiymətinin təqribən 150 dollara, bəzi proqnozlara görə isə 200 dollara qədər yüksəlmə riski mövcuddur.

Bu məsələlər əsasən Amerika-İran müharibəsinin sonrakı eskalasiyasından və Hörmüz boğazındakı vəziyyətdən asılıdır. Əgər Hörmüz boğazı sürətlə açılarsa, neft qiymətlərinin kəskin ucuzlaşması da mümkündür.

Amma istənilən halda, həm Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın neft ixracına vurulan zərbə, həm də Fars körfəzindəki neft-qaz infrastrukturuna vurulan zərbələr səbəbindən neft qiymətləri bir müddət yüksək qalacaq. Çünki neft emalı zavodlarına vurulan zərərlərin nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

Ümumilikdə, 2026-cı ildə neft qiymətlərinin yüksək qalacağı gözlənilir. Hətta müharibə tez başa çatsa belə, vurulan zərərlərin aradan qaldırılması vaxt tələb edəcək".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 Aprel 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri