Icma.az
close
up
RU
Neftin qiyməti kəskin enəcək Azərbaycanı nə gözləyir?

Neftin qiyməti kəskin enəcək Azərbaycanı nə gözləyir?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"JP Morgan" analitikləri bildirirlər ki, 2027-ci ilə qədər "Brent" markalı neftin 1 barelinin qiyməti 30 dollara qədər enə bilər. Səbəb kimi isə dünya üzrə tələbi üstələyən təklif göstərilir. Hazırda "Brent" ilin əvvəlindən bəri 14% ucuzlaşıb və bazar ertəsi qiymət 62,59 dollar civarındadır. Qiymətlərin düşməsinə səbəb kimi Ukrayna üzrə sülh danışıqlarının yenidən başlaya biləcəyi barədə gözləntilər göstərilir.
Azərbaycan iqtisadiyyatının əsas sütunlarından birinin neft gəlirləri olduğunu nəzərə aldıqda, gələcəklə bağlı proqnozun narahatlıq doğurduğunu qeyd edə bilərik.

Bəs Azərbaycan iqtisadi baxımdan bu duruma hazırdırmı?                           

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov Modern.az-a bildirib ki, neft qiyməti hələ uzun müddətə aşağı düşməyəcək:

"Aprel ayında "Brent" markalı neft 2021-ci ildən bəri ilk dəfə 1 barel üçün 61 dollardan aşağı enmişdi. Bir neçə gündür "Brent"in qiymətində ucuzlaşma başlayıb. Ötən il Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Yeni proqnozda deyilir ki, növbəti iki ildə dünya bazarlarında neftin qiyməti azalacaq.

Ucuzlaşmaya səbəb Çindəki iqtisadi vəziyyət və ABŞ-də sənayenin zəifləməsidir. Dünyanın iki ən böyük neft alıcısının bu vəziyyəti bazara təsir edib. Hesab edirəm ki, hazırkı vəziyyətdə də neft qiymətlərinin aşağı düşməsi bir dövri xarakter daşıyır. Bu prosesin davamlı olmayacağını düşünürəm. Fikrimcə, neft qiyməti uzun müddətə aşağı düşməyəcək".

Deputat vurğulayıb ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının iqtisadiyyatla heç bir bağlılığı olmadığını və bunun mahiyyət etibarı ilə siyasi motivlərə söykəndiyini demək olar:

"Əgər əvvəllər neft qiymətləri birjalarda müəyyən olunurdusa, artı neft siyasi alətə çevrilib. Ona görə də qabaqcadan proqnoz vermək çox çətindir. Lakin neft qiymətləri düşdükcə, Azərbaycanın da gəlirləri azalır. Dünya elə bir mərhələyə daxil olur ki, burada artıq neft iqtisadiyyatlara hökm etmir - əksinə, neft istehsalçıları getdikcə daha sərt rəqabət və azalan mənfəətlə yarışır. Bir zamanlar qlobal bazarda hökmranlıq edən kartel - "OPEC+" artıq nəzarəti itirir. Bazar getdikcə daha da parçalanır və sərtləşir.

Ölkəmizin dövlət gəlirlərinin əsas çəkisinin neft və qaz sektorunun üzərinə düşdüyü bəllidir. 2020-ci ildə qiymətlər düşsə də, proses uzun müddət davam etmədi - "OPEC+" qiymətlərin ucuz qalmasının qarşısını bu dəfə də almışdı. Bunun ardınca isə Rusiya-Ukrayna müharibəsi və digər bir sıra amillərə görə qiymətlər yüksəldi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri