Icma.az
close
up
RU
TİCARƏT MÜHARİBƏSİ NEFTİN QİYMƏTİNİ DƏ “VURDU” Azərbaycanı nə gözləyir?

TİCARƏT MÜHARİBƏSİ NEFTİN QİYMƏTİNİ DƏ “VURDU” Azərbaycanı nə gözləyir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın bütün ölkələrdən idxal olunan məhsullara yeni tariflər tətbiq etməsindən sonra neftin qiyməti düşüb. ABŞ dünyanın müxtəlif ölkələri üçün 10-dan 50 faizə qədər tariflər tətbiq etmək qərarına gəlib. Bunun neftə tələbi azalda biləcəyi ilə bağlı qorxular artırıb. Üstəlik, OPEC+ ölkələrinin neft hasilatını artırmaq qərarının da bazara mənfi təsir göstərdiyi bildirilir.

Aprelin 4-də Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 7.4 faiz düşərək bir barel üçün 64.74 dollar olub. Sonuncu dəfə "qara qızıl" 65 dollardan aşağı 2021-ci ilin avqustunda satılmışdı.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,84 ABŞ dolları, yaxud 5,22 % azalaraq 69,64 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,9 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,28 % azalaraq 68,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir bareli 70 dollara götürülüb.

İqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında neftin ucuzlaşmasının Azərbaycana təsirlərini şərh edərkən yazıb: "Yarım ildə neftin qiyməti 70 dollardan aşağı düşsə və ilin sonuna kimi 70-dən aşağı qalsa, o zaman Azərbaycanda ümumi makroiqtisadi göstəricilərə çox ciddi mənfi təsirləri ola bilər".

Onun sözlərinə görə, hələlik, ilin əvvəlindən götürülsə, Azərbaycan nefti ortalama 75 dollardan da yüksək qiymətə satılıb. Çünki yanvar, fevral, mart aylarında neftin qiymətləri daha yüksək olub: "Yəni, bunun günlük yox, rüblük, yarım illik və illik hesablanması daha doğru olar. Əgər tendensiya belə davam etsə və orta qiymət 70 dollardan aşağı düşsə, icmal büdcənin yerinə yetirilməsində müəyyən problemlər yaşana bilər. İndi, hələlik, təhlükəli hədd deyil".

Azərbaycanda ixracın 92 faizə yaxını neft və qazın payına düşür.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri