Icma.az
close
up
RU
Neftin qiymətinə geosiyasi faktorun təsiri uzun müddət davam edəcək

Neftin qiymətinə geosiyasi faktorun təsiri uzun müddət davam edəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 fevral, AZƏRTAC

ABŞ ilə İran arasında Omanda keçirilən danışıqlardan sonra rəsmi Vaşinqtonun İranın neft sənayesinə, Avropa İttifaqının (Aİ) isə Rusiyaya qarşı 20 sanksiya paketini açıqlaması dünya bazaranda son 6 ayda ilk dəfə olaraq neftin bir barelinin qiymətinin 70 dolları ötdü.

AZƏRTAC xəbər verir ki, bu gün səhər London və Nyu York birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 faiz (0,51 dollar) artaraq 71,21 dollara satalıb. Azərbaycan nefti az kükürdlü olduğu üçün dünya bazarında ən keyfiyyətli neft hesab edilir və ona görə də “Azeri Light” ın qiyməti 72 dollara yaxınlaşıb.

“Westpac Banking Corp” analitiki Rabert Renni hesab edir ki, bazarda qiymət artımına təsir edən başlıca faktor İran ilə ABŞ arasında danışıqların nəticəsiz başa çatmasıdır. Bununla yanaşı, həm ABŞ, həm də İranı danışıqlarda təmsil edənlərin görüşdən sonra hərbi gəmiləri ziyarət etmələri vəziyyətin heç də müsbət istiqamətə doğru irəliləmədiyini göstərir.

Aİ ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları daha da artırması öz təsirini göstərir. ABŞ-Rusiya neftini alan dövlətlər ilə ticarətə görə əlavə 25 faizlik gömrük rüsumu tətbiq etmək haqqında qərar qəbul etdikdən sonra Hindistanın 3 ən iri neftayırma zavodu Rusiya neftini almaqdan tamamilə imtina etdi.

“Bloomberg”in məlumatına görə, Rusiyada neft hasilatı OPEC-in müəyyən etdiyi kvotadan da, sutkada 300 min barel aşağı düşüb və bununla yanaşı alıcı da tapılmır. Hazırda tankrlərdə 143 milyon barel Rusiya nefti var. Bu neft nə satılır, nə də saxlanılması üçün anbar tapılmır ki, bu da tankerlərin açıq dənizdə qalmasına və neftin nəqli ilə məşğul olan şirkətlərin narazılığına səbəb olur.

Rusiya neftinin qiyməti artıq 10 dollardan da aşağı düşərək 9,43 dollara satılsa da alıcı tapılmır.

R.Renni hesab edir ki, dünyada neftin qiymətini yüksəldən və aşağı salan faktorlar var. Lakin bunlar bazarın tələb təklifinə təsir etmir. Neftin hasilatı, istehsalı, nəqli və digər amillər yerində olsa da, qiymətlər tez-tez transformasiyaya uğrayır. Analitikin fikrincə, geosiyasi gərginlik bazara təsirini uzun müddət saxlayacaq. Qiymətlər isə gərginlikdən asılı olaraq artacaq və ya azalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri