Icma.az
close
up
RU
Neftin ucuzlaşması ilkin reaksiyadır, qiymətlər danışıqlardan asılıdır

Neftin ucuzlaşması ilkin reaksiyadır, qiymətlər danışıqlardan asılıdır

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və İran arasında 2 həftəlik atəşkəsin elan olunmasından sonra dünya bazarında neftin qiymətində sürətlə ucuzlaşma müşahidə olunub.  Həmçinin,  “qara qızıl”ın qiyməti dərhal 15% enərək, 11 mart 2026-cı ildən bəri ilk 92 dollar səviyyəsindən aşağı düşüb. Tərəflər arasında sülhün yaranacağı təqdirdə neftin qiymətinin nə qədər düşəcəyi də maraq doğurur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bildirib ki, hazırda neft bazarında müşahidə olunan qiymət azalması daha çox psixoloji və ilkin reaksiyalarla bağlıdır:
“Hazırkı mərhələdə bazar iştirakçılarının reaksiyası əsasən İranın irəli sürdüyü təkliflərə ABŞ-nin müsbət yanaşması və danışıqlara açıq olması ilə bağlıdır. Bu da emosional fon yaradaraq neft qiymətlərində təxminən 15 faizlik enişə səbəb olub”.
Neft sahəsi üzrə ekspert bildirib ki, aprelin 10-da İslamabadda danışıqların nəticələri açıqlanandan, tərəflərin rəsmi mövqeləri bəlli olandan sonra bazarın daha real reaksiyasını görə biləcəyimizi qeyd edib:


“Ehtimal olunur ki, artıq cümə günü axşam saatlarında neftin qiymətinin hansı istiqamətdə hərəkət edəcəyinin ilkin siqnalları formalaşacaq. Bazar ertəsi isə elan olunan iki həftəlik atəşkəsin daha oturuşmuş qiymət təsirlərini müşahidə etmək mümkün olacaq”.
Neftin qiymətinin son dövrdə 100 dollardan yuxarı olması məhz müharibənin yaratdığı risk faktorları ilə bağlı idi:
“Bu, enerji bazarlarında qeyri-müəyyənliyin və təhlükələrin artmasının göstəricisi idi. Hazırda həmin risklər tam aradan qalxmasa da, müəyyən qədər azalıb və bazar da buna uyğun reaksiya verir. Nəzərə almaq lazımdır ki, müharibədən əvvəl “Brent” markalı neftin qiyməti təxminən 70 dollar civarında ticarət olunurdu”.
Neftin 1 bareli 65 dollardan aşağı düşə bilər?
“65 dollar isə 2026-cı il üçün nəzərdə tutulan orta qiymət göstəricisidir. Son bir ay ərzində biz nefti 100 dollar və ondan yuxarı qiymətlərlə satmışıq. Qarşıdakı 8 ay ərzində qiymətlərin necə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Bu, birbaşa olaraq qlobal proseslərin inkişafından, siyasi və iqtisadi faktorların necə formalaşacağından asılı olacaq” – o sonda qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri