Icma.az
close
up
RU
Neftin ucuzlaşması iqtisadiyyata necə təsir göstərəcək?

Neftin ucuzlaşması iqtisadiyyata necə təsir göstərəcək?

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin aprel ayı dünyanın neft bazarı üçün həlledici dövrə çevrildi. Brent markalı neftin bir barelinin qiyməti 65 dollara qədər endi - bu, pandemiya dövründən bəri qeydə alınan ən aşağı həddir. Qiymətlərin belə kəskin ucuzlaşması OPEC-in yeni kvotaları ilə üst-üstə düşdü. Amma gözləntilərin əksinə olaraq, bu kvotalar hasilatın azaldılması yox, artırılması siqnalı kimi çıxış etdi. Bir vaxtlar qiymətlərin sabit qalması naminə hasilatı könüllü şəkildə məhdudlaşdıran ölkələr indi "hər kəs öz başının çarəsinə baxır" prinsipi ilə hərəkət etməyə başlayıb. Bu, sadəcə bazar volatilliyi deyil, struktur dəyişikliyinin başlanğıcıdır.

2025-ci ilin aprel ayında neftin ucuzlaşması illərlə formalaşan proseslərin nəticəsi - texnoloji, siyasi və ekoloji faktorların sintezidir. Dünya elə bir mərhələyə daxil olur ki, burada artıq neft iqtisadiyyatlara hökm etmir - əksinə, neft istehsalçıları getdikcə daha sərt rəqabət və azalan mənfəətlə yaşamağa məcburdur. Bir zamanlar qlobal bazarda hökmranlıq edən kartel - OPEC+ artıq nəzarəti itirir. Bazar getdikcə daha da parçalanır və sərtləşir.

Ölkəmizin dövlət gəlirlərinin əsas çəkisinin neft və qaz sektorunun üzərinə düşdüyü bəllidir. Statistikaya əsasən, ümumi ixracımızda neft-qaz sektoru 89.82 faiz pay təşkil edib. Bu isə o deməkdir ki, iqtisadiyyatda makrosabitlik qeyd olunan sahədə beynəlxalq bazarlardakı qiymətlərlə tənzimlənir. Təxminən 2017-ci ildən sonra bu qiymətlər əlverişli səviyyədə idi. 2014-2015-ci illərdəki böhrandan çıxmağımızın da əsas səbəbi elə qeyd olunan ildən başlayaraq neftin qiymətinin sərfəli istiqamətdə sabitləşməsi oldu. Əslində bu proses 2016-cı ilin ikinci yarısından etibarən özünü göstərməyə başlamışdı - OPEC+ ölkələrinin bazara nəzarəti ələ keçirməsi ilə 2014-cü ilin iyun ayından start götürən qiymət enişinin qarşısı alınmışdı.

Bir müddət sonra - 2020-ci ildə bir ara qiymətlər düşsə də, proses uzun müddət davam etmədi - OPEC+ qiymətlərin ucuz qalmasının qarşısını bu dəfə də aldı. Bunun ardınca isə Rusiya-Ukrayna müharibəsi və digər bir sıra amillərə görə qiymətlər yüksəldi.

Artıq bu il vəziyyət dəyişib. Həm OPEC+ tərəfindən hasilatı artırmaq barədə qərarın qəbulu, həm də Tramp administrasiyasının tarif siyasəti qiymətlərin aşağı düşməsinə səbəb olub.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, neftin dünya bazarındakı indiki qiyməti Azərbaycan iqtisadiyyatına da mənfi təsir edə bilər. Çünki bu, ölkəyə daxil olan valyutanın həcminin azalmasına yol açacaq: "Neft ucuzlaşarsa, ölkəyə daha az valyuta daxil olacaq. Qiymət yüksələndə isə valyuta gəlirləri artır. Ümumi ixracımızın 80 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Amma sözsüz, neft dünya bazarında qısa və uzun müddətli əsaslarla ucuzlaşa bilər. Son qiymət artımları ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır.  Gözlənilir ki, qlobal ticarətdə 330 milyard dollarlıq azalma müəyyən neqativlərə səbəb olacaq. Neftin qiymətinin düşməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Azərbaycanın bu konteksdə təhlükəsizlik yastığı formalaşıb. Amma sözsüz, növbəti dövrdə də neftin dünya bazarındakı qiyməti Azərbaycana daxil olan valyutanın həcmində aparıcı olaraq qalacaq".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, brent markalı neftin aşağı düşməsinin hələlik Azərbaycan üçün ciddi təhlükəsi yoxdur: "Neftin qiymətinin düşməsi aprelin 3-dən başlayıb. Artıq brent markalı neft 12 faiz öz dəyərini itirib. 2021-ci ilin aprelində 65 dollardan aşağı səviyyəyə satılırdı. Bu, Trampın aprelin 2-də elan etdiyi ticarət müharibəsinə bazarın münasibətidir. Ticari əlaqələr zəiflədikdə iqtisadi artım azalır və bu zaman enerjiyə tələbat azalır. Bazarda kifayət qədər neft var.  Bundan əlavə, 441 min barel gündəlik OPEC+ səviyyəsində hasilatın artırılması gözlənilir. Belə bir şəraitdə neft tacirləri əllərində olan fyuçes müqavilələri üzrə həcmləri çıxarırlar ki, müəyyən vaxt sonra nefti daha ucuz satmasınlar. Azərbaycan üçün birinci rübün yekunları hələ açıqlanmayıb.  Mən mətbuata açıqlanan qiymətlər fonunda hesabladım ki, orta qiymət 1 barrel üçün 76 dollar ətrafındadır. Bu baxımdan neftin orta qiyməti 65 dollar olsa belə, ilin birinci yarısı üçün orta qiymət büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olmayacaq  Bu baxımdan hər hansı həyəcana səbəb yoxdur. Büdcə formalaşdırılarkən həmişə risklər nəzərə alınır. Büdcə müəyyən olunan zaman beş dollar aşağı hesablanır". 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ümumilikdə bazar reaksiyası kifayət qədər proqnozlaşdırıla bilər: "Gündəlik 2,2 milyon barel neft hasilatı üzrə birgə məhdudiyyətləri könüllü olaraq daşıyan kartel ölkələri tərəfindən hasilatın artması təklifin artıqlığı riskləri yarada bilər. Hadisələrin belə dönüşü olduqca gözləniləndir. ABŞ Prezidenti Donald Tramp və komandası seçkilərdən bir il əvvəl vəd etdikləri ilə məşğuldur və atdıqları addımlar ani deyil. Əgər kimsə bu qərarları "kortəbii" adlandırırsa, belə qiymətləndirmələr ya qərəzlidir, ya da adekvat təhlildən uzaqdır. Trampa ucuz neft lazımdır, çünki bu, ilk növbədə Vaşinqtona Rusiyaya, İrana və Venesuelaya təzyiq göstərməkdə kömək edəcək".

Bu addımın ikinci məqsədi benzini ucuzlaşdırmaqdır: dünyanın ən nəhəng iqtisadiyyatlı ölkəsinin orta seçicisi buna böyük önəm verir. Bundan əlavə, ucuz benzin və dizel istehlak qiymətlərinin ümumi dinamikasının azalmasında da rol oynayır. Üstəlik, ABŞ-da yük daşımalarının yarıdan çoxu avtomobil yolu ilə həyata keçirilir. Onun hesablamalarına görə, ABŞ-da neft hasilatı orta hesabla 50-55 dollar/barel səviyyəsində olacaq: "Neftin qiymətinin düşməsi neftin və qazın ixrac qiymətindən asılı olan hasilatçı ölkələrin iqtisadiyyatına zərbə olacaq. Azərbaycanın müasir tarixində hökumət neftin qiyməti ilə bağlı iki dəfə həyəcan təbili çalıb. 2008-ci ildə neftin qiymətinin düşməsi ciddi maliyyə nəticələrinə gətirib çıxardı, bir sıra sahələrdə islahatlar elan olundu. Lakin bir neçə ay sonra neftin qiymətləri qalxdı və bu proses səngidi".

2015-ci ildə dünyanın neft-qaz sektorunda daha ciddi böhran baş verdi. Natiq Cəfərlinin sözlərinə görə, o zaman neftin qiymətinin düşməsi milli valyutanın məzənnəsinə də ciddi təsir göstərdi. Bu zaman hökumət növbəti dəfə dərin islahatlar məsələsini müzakirəyə çıxardı, ölkədə pambıq əkinləri artırıldı, aqrar sahədə bir sıra dəyişikliklər baş verdi. 2017-2018-ci illərdə neftin qiymətinin yenidən qalxması radikal islahatlara keçid zərurətini yenidən səngitdi: "Hazırda dünyada növbəti neft böhranı yaşanır. Qiymətlərin aşağı düşmə ehtimalının yüksək olduğu bir şəraitdə neft hasilatı kəskin şəkildə aşağı düşür. Belə bir durum real və sistemli addımların atılmasını zərurətə çevirir".

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, neftin qiymətinin aşağı düşməsinə iki əsas amil təsir göstərir: "ABŞ Prezidenti Donald Trampın iqtisadi tədbirləri qlobal iqtisadiyyatda tənəzzül və neft birjalarında kotirovkaların azalması qorxusunu artırıb. Bundan əlavə, neft kartelinin qərarı bazara təsir edib, yəni OPEC+ neft hasilatını artırır və bu da qiymətlərə təzyiq göstərir".

O bildirib ki, Azərbaycanın dövlət büdcəsində neftin maya dəyəri bir barel üçün 70 dollar müəyyən edilib. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi iqtisadiyyatı neftə bağlı olan ölkələr üçün təhlükə yaradır. Azərbaycan da belə ölkələrdəndir. İxracımızın ümumi həcmində neft satışından əldə olunan gəlirlərin payı kifayət qədər böyükdür - neftdən gələn birbaşa və dolayı gəlirlər büdcə gəlirlərinin dörddə üçünü təşkil edir. Nəticə etibarı ilə indiki qiymətdən kəsir dərəcəsi narahatlıq doğurur. Qiymətlərin azalması davam edərsə və davamlı olarsa, bu ilin maliyyə planına yenidən baxılması lazım gələ bilər".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 16 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri