Nəhəng armada İrana yaxınlaşır Səudiyyədən müharibə qərarı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ və Səudiyyə Ərəbistanı arasında yüksək səviyyəli görüşlərə baxmayaraq, Bəsrə körfəzi ölkələri Vaşinqtonun İranla bağlı məqsəd və planlarını aydınlaşdıra bilməyib.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Fox News” Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən birinin rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonda keçirilən məsləhətləşmələrə baxmayaraq, ABŞ administrasiyası İranla bağlı məqsəd və planlarını körfəz ölkələrindəki müttəfiqləri ilə bölüşməyib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistanı özünün iştirak etmədiyi müharibədə hava məkanından istifadə olunmasına icazə verməyəcək:
“Diplomatiya da daxil olmaqla, ABŞ-yə ən yaxşı nəticəyə necə nail olmağın yolları barədə məsləhətlər veririk. İrana da tövsiyələr edirik. Əlbəttə, hamımız bu prosesin bir hissəsiyik: ABŞ, İran və digərləri. Ən yaxşı nəticəyə ümid edirik”.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl nəhəng armadanın İran istiqamətində hərəkət etdiyini açıqlayıb. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan ədalətli və bərabərhüquqlu saziş bağlayacağına ümid etdiyini deyib. ABŞ lideri xatırladıb ki, ötən ilin iyununda Vaşinqton İranın nüvə obyektlərinə zərbələr endirib. Tramp xəbərdarlıq edib ki, növbəti hücum daha da ağır olacaq və buna yol verilməməsinə çağırıb.
Tehranda isə Trampın bu sözlərinə cavab olaraq, İrana qarşı istənilən təcavüz halında ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunun hədəf alınacağı ilə hədələyiblər. İran xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, Tehran danışıqlara hazırdır, amma bu, ABŞ tərəfinin təhdid və qorxutma olmadan aparılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 31 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















