Səudiyyədən Yəmən qərarı: Kral Salman əmr verdi
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz ölkədə qanunsuz yaşayan Yəmən vətəndaşlarının hüquqi statusunun tənzimlənməsi ilə bağlı müvafiq əmr verib.
Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyi qərarın Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əliminin müraciəti əsasında qəbul edildiyini bildirib.
Nazirlikdən qeyd olunub ki, təşəbbüs Yəmən xalqına göstərilən davamlı dəstəyin bir hissəsidir. Proses Xarici İşlər, İnsan Resursları və Sosial İnkişaf nazirlikləri, eləcə də Səudiyyə Ərəbistanının Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Bildirilib ki, Yəmən pasportuna sahib olmaq ölkədə yaşayış statusunun qanuniləşdirilməsi üçün kifayət edəcək. Prosedur və müraciət qaydaları ilə bağlı əlavə məlumatların rəsmi kanallar vasitəsilə açıqlanacağı qeyd olunub.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Oktyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















