Icma.az
close
up
RU
Nəhəng qısqaclarda əzilən avtolar: Utilizasiya prosesi necə və hansı əsasla aparılır?

Nəhəng qısqaclarda əzilən avtolar: Utilizasiya prosesi necə və hansı əsasla aparılır?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Utilizasiyaya təqdim olunan nəqliyyat vasitələrinə öncə baxış keçirilir, yararlı ehtiyat hissəsi varsa, dəyərləndirilir".

Oxu.Az xəbər verir ki, bu barədə nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda utilizator "Fors" MMC-nin direktoru Sahib Əliyev məlumat verib.

O bildirib ki, digər hissələr isə müxtəlif metal növləri üzrə ayrılır:

"İstifadəyə yararsız kimi görünən avtomobillər qara və əlvan metala çevrilir, bunlar da, öz növbəsində, metal istehsalçılarına yönləndirilir və aidiyyəti üzrə istifadə olunur".

"Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınovun sözlərinə görə isə nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunub.

O, həmçinin, nəqliyyat vasitələrinin utilizasiyaya könüllü şəkildə verildiyini deyib:

"Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmaqla arayış əldə olunmalı, nvu.gov.az portalında qeydiyyatdan keçilərək ərizə və tələb olunan sənədləri portala yükləməklə utilizatorda növbə tutulmalıdır".

Şöbə müdirinin sözlərinə görə, utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər:

- nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;

- nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən (etibarnamə və ya digər) sənəd;

- nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;

- fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

O qeyd edib ki, ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır:

"Sənədlər icraata qəbul olunduqdan sonra nəqliyyat vasitəsi seçilmiş utilizatorun qəbul məntəqəsində təhvil verilməklə təsdiqedici sənəd əldə edilməlidir".

Murad Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri