Icma.az
close
up
RU
Bölgələrdə utilizasiya prosesi necə həyata keçirilir? AÇIQLAMA

Bölgələrdə utilizasiya prosesi necə həyata keçirilir? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirən yalnız bir qeydiyyatdan keçmiş utilizator mövcuddur ki, o da Bakıdadır. Bəs bölgələrdə utilizasiya sistemi necə həyata keçirilir? Vətəndaşlar hansı problemlərlə qarşılaşırlar?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, utilizatorların sayının artması birbaşa olaraq utilizasiya prosesinə ayrılan şərtlərdən və məbləğlərdən asılıdır:

“Burada utilizatorun qazancı hələ ki yalnız utilizasiya gedən avtomobilin metalından əldə etdiyi gəlirdir və bu da o qədər böyük məbləğ deyil. Utilizatorlar üçün bu, rentabelli və sərfəli olmalıdır. Bu iş həmçinin vətəndaş üçün də sərfəli olmalıdır ki, o, istifadə etmədiyi avtomobilini 1500 manat vauçer müqabilində utilizasiyaya göndərsin. Düşünürəm ki, utilizasiya layihəsi yaxşıdır, əlverişlidir, vətəndaşyönümlüdür. Çünki utilizasiya prosesi bizdə həm də könüllü formada həyata keçirilir, yəni məcburi deyil”.

Ekspertin sözlərinə görə, utilizasiya layihəsinin bir proqram olaraq yaxın vaxtlarda təkmilləşdirilməsinə ehtiyac var:

“Biz “Təmiz şəhər”ə təkliflərimizi vermişik və ümid edirik ki, o təkliflər nəzərə alınacaq. Əvvəla, utilizatorlara dövlət tərəfindən müəyyən dəstək olunmalıdır. Eyni zamanda utilizasiyaya göndərilən nəqliyyat vasitəsinə görə verilən məbləğlər artırılmalıdır. 2025-ci ilin büdcəsində utilizasiya fonduna 50 milyon manat ayrılacaq. Bu da sevindirici haldır ki, bu maliyyə utilizasiya prosesinin daha da təkmilləşməsinə xərclənə, inkişaf etdirilə bilər”.

E.Cəfərov bölgələrdə utilizasiya prosesindən də danışıb:

“Bölgələrdə utilizatorlar mövcud deyil, ümumiyyətlə, utilizasiya məntəqələri də yoxdur. Ona görə yaxşı olardı ki, bölgələrdə utilizasiya məntəqələri yaradılsın və avtomobili utilizasiyaya vermək istəyən şəxslər həmin məntəqələr vasitəsilə avtomobilləri utilizasiyaya göndərsinlər. Yaxud imkan varsa, utilizasiya proses hər hansı bir digər bölgələrdə də həyata keçirilə bilər. Ancaq vətəndaşlar utilizasiya prosesində hər hansı bir problemlə üzləşmirlər, hər şey qarşılıqlı razılaşma əsasında həyata keçirilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri