Icma.az
close
up
RU
Nəhənglərin toqquşma riski: “qırmızı xətt” keçilərsə...

Nəhənglərin toqquşma riski: “qırmızı xətt” keçilərsə...

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu, bəşəriyyəti Üçüncü Dünya müharibəsinə, nüvə savaşına apara bilər”

Çin hakimiyyəti Tayvanın şimal, cənub və şərq sahillərində genişmiqyaslı hərbi təlimlər keçirəcəyini elan edib. Bu barədə “Sinxua” informasiya agentliyi xəbər verir.

Təlimlərdə quru qoşunları, dəniz qüvvələri, hava qüvvələri və raket qüvvələri iştirak edir. Xalq Azadlıq Ordusunun (XAO) sözçüsü Şi Yi bildirib ki, təlimlər ada respublikasındakı separatçı qüvvələrə sərt xəbərdarlıq olacaq.

“Çin ordusu Tayvan sahillərində donanma və hava qüvvələrinin döyüş patrullarını məşq edir, hərtərəfli nəzarət hüquqlarını ələ keçirir, dəniz və qurudakı hədəflərə zərbələr endirir və qoşunların döyüş qabiliyyətini həqiqi birgə hərbi əməliyyatlarda yoxlamaq üçün əsas əraziləri və marşrutları bağlayır”, - deyə məlumatda vurğulanır.

Pekin təlimləri ABŞ-ın müdafiə naziri Pit Heqsetin Yaponiya və Filippinə səfərindən sonra keçirir. Heqset səfəri zamanı Çin hakimiyyətini tənqid edib və Tokionun Çin təcavüzünə qarşı mübarizədə vacib tərəfdaş olduğunu deyib. Bunu da “Reuters xəbər verir”.

Çin həmçinin Tayvan prezidenti Lai Qingdanı "parazit" adlandırıb və onu Tayvanı yandırarkən çubuqlarla tutulan yaşıl böcək kimi təsvir edən bir sıra təbliğat videoları yayımlayıb. Tayvanın Müdafiə Nazirliyi bazar ertəsi günü adaya yaxınlaşan Çinin "Şandunq" daşıyıcı qrupuna cavab olaraq hərbi təyyarə və gəmilər göndərdiyini və quruda yerləşən raket sistemlərini işə saldığını açıqlayıb.

İki yüksək səviyyəli Tayvan rəsmisinin sözlərinə görə, 10-dan çox Çin döyüş gəmisi Tayvanın 44 kilometrlik zonasına yaxınlaşıb. Tayvan buna cavab olaraq döyüş gəmilərini ora göndərib.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi (XİN) təlimlərin “milli suverenliyi qorumaq və milli birliyi qorumaq üçün qanuni və zəruri tədbirlər olduğunu” bildirib. XİN sözçüsü Quo Jiakun “Çinin yenidən birləşməsi qarşısıalınmaz tendensiyadır – bu, baş verəcək və olmalıdır”, açıqlamasını verib.

Çin sonuncu dəfə ötən ilin mayında (Lainin andiçməsindən üç gün sonra) Tayvana hücum və ya blokada imitasiyası etmişdi. Çin qüvvələri adanın bir sıra ərazilərini ələ keçirməyi məşq edib və canlı atəş təlimləri keçirib.

Ada ətrafında nə baş verir, onu necə təsnif etmək olar? Ola bilərmi ki, Pekin Tayvanı vahid Çinə qaytarmaq üçün əməliyyata yaxınlaşır? Respublikaçı ABŞ administrasiyasının Taypeyi (Tayvanın paytaxtı) birmənalı şəkildə dəstəkləməyəcəyini düşünmək düzgündürmü?

AYNA.AZ mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Qazaxıstanlı politoloq və alim Jaksılık Sabitov:

“Əgər Çin - Tayvan qarşıdurmasından danışırıqsa, bu, prinsipcə, Çin ilə ABŞ arasında qlobal qarşıdurmanın bir hissəsidir. Burada, əlbəttə ki, Birləşmiş Ştatlar Taypeyi həmişə dəstəkləyəcək və prinsipcə, Tayvanın ÇXR-ə qoşulmasına mane olacaq. Çünki onlara Tayvan iqtisadiyyatının əlavə olunacağı yüksələn Çin lazım deyil. Üstəlik, Tayvan ABŞ-ın özü üçün də vacib olan bir çox strateji əhəmiyyətli mallar istehsal edir. Çin, şübhəsiz ki, ABŞ-ın Tayvan məsələsində fəal iştirak edəcəyini gözləmir, çünki, prinsipcə bu, bəşəriyyəti Üçüncü Dünya müharibəsinə, qlobal, nüvə müharibəsinə apara bilər.

Çin Honq-Konq, Makao və geri aldığı digər ərazilərdən başlayaraq torpaqları toplamaq siyasəti yürüdür. Eyni zamanda, belə bir birləşmə baş verir, Çində vahid millət yaranır, bütün milli azlıqlar azlıq olmaqdan çıxır və əslində mədəni assimilyasiyaya, o cümlədən linqvistik assimilyasiyaya məruz qalır.

Buna görə də Çin Tayvanın geri qaytarılması istiqamətində siyasət yürüdəcək, lakin heç bir "qırmızı xətti" keçməyəcək, çünki burada, prinsipcə, Vaşinqtonun maraqları toqquşmaya gətirib çıxaracaq. Düşünürəm ki, Çin təzyiqləri artıracaq, simvolik əməliyyatlar aparacaq, lakin ümumilikdə bu, heç bir hərbi əməliyyata səbəb olmayacaq”.

Dünya Siyasəti İnstitutunun (Bişkek) direktoru Şeradil Baktıqulov:

“Çində belə bir ifadə var: “Özünü yatmış kimi göstərən adamı oyatmaq olmaz”. Bu ufadə reallığı qəbul etməyərərk, problemı iqnor edən adamı təsvir edərkən istifadə olunur. Özünü yatmış kimi göstərən adamı nə qədər oyatmaq istəsən də, o, özünü yuxuluğa vuracaq ki, problemin həlli üçün heç bir addım atamsın.

Tayvan məsələsinin dünyada analoqu yoxdur. Vətəndaş müharibəsi zamanı materikdən adaya qaçan bir qrup çinli (hanlı) özləri ilə ölkənin xəzinəsini də götürür. 1949-cu ildə ÇXR yaranır, 1954-cü ildə isə ABŞ ilə Tayvan müdafiə barədə aizş imzalayır. Sazişə görə, ABŞ öz qoşunlarını Peskador adalarında yerləşdirir. 1955-ci ildə Konqress ABŞ prezidentinə Tayvanın müdafiəsi üçün hərbi qüvvələrdən istifadə etmək səlahiyyəti verən deklarasiya qəbul edir. Beləliklə, ABŞ Tayvan məsələsinin yaranmasına səbəb olur.

1979-cu ildə ABŞ və Çin bir-biri ilə diplomatik əlaqələr qurur və ABŞ Tayvanla diplomatik əlaqələri kəsir. 1955-ci il müqaviləsi ləğv edilir və prezident Cimmi Karter Amerika qoşunlarının Tayvandan çıxarılmasını elan edir.

Bununla belə, ABŞ Çinlə götürdüyü öhdəliklərə əməl etsəydi, Birləşmiş Ştatlar olmazdı. 1979-cu ildə Birləşmiş Ştatlar Tayvan Münasibətləri Aktını qəbul etdi və bu qanunda Birləşmiş Ştatlar ilə Tayvan arasında münasibətlər Vaşinqtonda qeydiyyatdan keçmiş Tayvan Amerika İnstitutu vasitəsilə həyata keçirilməlidir. ABŞ ilə Tayvan arasında humanitar, sosial, təhsil və digər oxşar əlaqələrə dair əvvəllər bağlanmış sazişlər fəaliyyətini davam etdirib.

Birləşmiş Ştatlar Tayvanla siyasi əlaqələri saxlamaqdan imtina edib. Bununla belə, 2018-ci ildə Birləşmiş Ştatlar yüksək rütbəli amerikalı məmurların Tayvana rəsmi səfərinə və yüksək rütbəli Tayvan rəsmilərinin ABŞ-a rəsmi səfərinə icazə verən qanun qəbul edib. Beləliklə, ABŞ faktiki olaraq daha bir öhdəliyindən – siyasi əlaqələri davam etdirməməkdən imtina edib.

İndi Tayvana gəlincə, orada iki partiya - vaxtilə 1987-ci ilə qədər davam edən hərbi diktatura quran Homindan və 1986-cı ilin sentyabrında bir qrup fəal tərəfindən yaradılan Demokratik Tərəqqi Partiyası (DTP) arasında şiddətli siyasi mübarizə gedir. Bura “yerli tayvanlılar” da daxil idi. Fərq ondadır ki, homindançılar materik Çinlə yaxınlaşmanı, DTP isə “Tayvan millətçiliyini” müdafiə edir.

2024-cü ilin yanvarında keçirilən prezident seçkilərində DTP-nin namizədi Lai Tsinde təxminən 40% səslə qalib gəldi və parlamentdə DTP 51 yer qazandı. Amma materik Çin ilə yaxınlaşmanı müdafiə edənlər də az deyil. Çin “bir ölkə, iki sistem” prinsipinə sadiqdir və ərazi bütövlüyünün sülh yolu ilə bərpasına çalışır.

ÇXR-in hərbi təlimləri Tayvan millətçilərinin isti başlarını ayıltmaq üçün bir vasitədir. Tayvanlı siyasətçilər də başa düşürlər ki, Tayvan iqtisadiyyatı həm Çin, həm də ABŞ ilə dərindən bağlıdır. Tayvanın Çinə qarşı hər hansı bir hərəkəti Tayvan banklarının çökməsinə və böyük humanitar böhrana səbəb olacaq.

ABŞ-a gəlincə, qeyd etmək lazımdır ki, Tayvan, obrazlı desək, ABŞ-ın Asiya-Sakit okean regionunda geosiyasi oyununun göyərtəsindəki kartlardan biridir. Çinə qarşı bu oyun uzunmüddətlidir və ABŞ və ya Qərb ölkələrində prezidentlərin dəyişməsindən asılı deyil. Bunun arxasında iki əsas səbəb dayanır:

- birincisi, meqa bazarı və trilyonlarla ABŞ dolları həcmində dövriyyəsi ilə Çin iqtisadiyyatının Çin və bütün Çin xalqının rifahının artması üçün çalışır və heç bir ölkə, korporasiya və ya təşkilat tərəfindən idarə olunmur;

- ikincisi, Çinin adi vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasında əldə etdiyi uğur Çin inkişaf modelinin dövlətin, iqtisadiyyatın və cəmiyyətin inkişafının Qərb modelindən üstünlüyünü nümayiş etdirir.

150 illik yarımmüstəmləkə rejimindən sonra Çin dünyanın ən yoxsul ölkəsindən (İslahat və Açıqlama Siyasətinin başladığı 1978-ci ildə Hindistandan daha kasıb) dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrildi. İndi ABŞ “stavka”ları artırır, Çin əks addım atır. Tayvanın materik Çinlə birləşməsindən sonra da bu oyun dayanmayacaq. Bu oyunda “stavka”lar artıb-azalacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Aprel 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri