Icma.az
close
up
RU
Qırmızı xətt keçilərsə, atəş açılacaq, qarşı tərəf susdurulacaq MM in Müdafiə komitəsinin sədri

Qırmızı xətt keçilərsə, atəş açılacaq, qarşı tərəf susdurulacaq MM in Müdafiə komitəsinin sədri

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əsas məsələ odur ki, atəşkəs niyə pozulur. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycan ordusunun mövqelərini tez-tez atəşə tutmasını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, önəmli məsələlərdən biri Ermənistanın daxilində baş verən proseslər və müxalifətin sülh istəməməsidir.

"Çalışırlar ki, bu prosesdə Azərbaycan adekvat cavab versin. Bütün dünyaya yaysınlar ki, atəşkəsi məhz Azərbaycan pozur. Əsas maraqlar bundan ibarətdir. Orada olan vizual kəşfiyyatçılar istəyirlər ki, öz havadarlarına, eyni zamanda Avropaya məlumat versinlər ki, Azərbaycan tərəfi sülhün bərqərar olmasını istəmir. Erməni əsgərinin müəyyən addımları cüzi təxribatlardır. Lakin bunun arxasında atəşkəsi pozmaq, atəş açmaq, bunlar artıq ciddi problemlərdir. Bu məsələlər mütləq araşdırılmalıdır. Qoşun hissələrimiz bu məsələlərin kəşfiyyatını aparır, sübutları ortaya çıxarır".

Müsahibimizin sözlərinə görə, qırmızı xətt keçilsə, cavab veriləcək.

"Çünki Azərbaycan sülhü istəyən bir dövlətdir. Bütün dünyaya bəyan etmişik ki, biz sülhün bərqərar olmasında həddindən artıq maraqlıyıq. Ermənistan sülhü istəmirsə, bu, onun öz işidir. Qırmızı xətt keçilərsə, atəş də açılacaq, qarşı tərəf susdurulacaq. Düşünürəm ki, buna hələ ehtiyac duyulmur. Müharibə başlayan zaman ön cəbhə, ardından da rezerv qüvvələr mütləq şəkildə döyüşə cəlb olunurlar. Ermənistan təlim keçmək məsələsini ortaya qoyub. Aprel ayının 1-dən başlayaraq iyuna qədər təlim keçirilməsi haqqında bəyanat veriblər. Bu həddindən artıq çox müddətdir. Bunun müharibə ilə nəticələnəcəyi məsələsi tam formada öz sübutunu tapmır", - deyə Arzu Nağıyev bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri