Icma.az
close
up
RU
“Nemət Pənahovla orada tanış oldum...” Əbülfəz Əliyev ARXİV

“Nemət Pənahovla orada tanış oldum...” Əbülfəz Əliyev ARXİV

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bir neçə dəfə M.Hatəmi və Nemətlə birlikdə meydandakı palatkada dincəlmişik. Ayın 4-dən 5-ə keçən gecə «mitinq komitəsi» yaratmaq qərarına gəldik. Ancaq...”

...Milli Dirçəliş Gününün əsasınıN qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...

Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 293-294-cü səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  

(Əvvəli burada:)

“Əliyev Əbülfəz Qədirqulu oğlu - 28 dekabr 1988-ci il.

Mən Məhəmməd Hatəmini 15 ildir ki, tanıyıram. 1987-ci ildə mənə məlum oldu ki, (hansısa adını bilmədiyim tanışlarım vasitəsilə) “Çənlibel” adında qeyri-formal bir təşkilat yaranıb. M.Hatəmi də orada iştirak edir... Mən həmçinin L.Şmidt zavodunun fəhləsi Nemət Pənahovla da orada tanış oldum. Onun düzlüyü, məqsədinə çatmaq cəhdi, qətiyyəti mənim xoşuma gəlirdi. Qarabağ hadisələrindən sonra “Çənlibel” cəmiyyəti siyasi rəng almağa başladı....

...Mitinqin ilk günündən sonuna qədər, yəni noyabrın 17-dən dekabrın 5-nə qədər nümayişçilərlə olmuşam. Cəmi iki dəfə çıxış etmişəm. Camaatı sakitliyə, səbrə, ağılsız hərəkətlərə yol verməməyə çağırmışam. Səhv etmirəmsə iki dəfə də 23 və 25 noyabrda M.Hatəmi çıxış edib. O, camaatı sakitliyə, meydanı tərk etməməyə çağırırdı. Onun fikrinə görə, yalnız iqtisadi yolla, yəni işə çıxmamaqla hökuməti camaatın tələblərini yerinə yetirməyə məcbur etmək mümkündür...

... Bütün mitinq boyu gündə bir neçə dəfə nümayişçilərə Nemət Pənahov müraciət edirdi. Onun ayrı-ayrı günlərdəki çıxışları yadımda qalmasa da, ancaq oradakı bəzi məqamları yaxşı xatır-layıram. 

“Sumqayıt hadisələri ermənilər tərəfindən planlaşdırılıb, onu erməni daşnakları törədiblər, hansı ki, indi də Bakıda qan tökməyə təhrik edirlər”, 

“Rus imperiyası Azərbaycanı erməni qırğınlarına sürükləmək məqsədi güdür”. 

“Biz azadlıq boğan, faşist-rus şovinizmini lənətləyirik”, 

“Rədd olsun xalqlar həbsxanası olan bir ölkə!”, 

“Bakıda ən yaxşı evlərdə, ən yaxşı işlərdə ermənilər yaşayıb-işləyirlər!”, 

“Azərbaycanda ancaq ermənilər deputat seçilirlər” və s. 

Sonra N.Pənahov respublikada mühüm vəzifələr tutan ermənilərin siyahısını oxuyub, onların vəzifədən azad olunmasını tələb edirdi...

...Mitinq vaxtı Nemət Rəsulu (tanımıram) özünün pul yığanı elan etdi. Pul respublikanın rayonlarından guya mitinqi müdafiə üçün yığılırdı. Mənə pulun son miqdarı məlum deyil. (Noyabrın 30 və ya dekabrın 1-dək məbləğ)... 

...Bir neçə dəfə M.Hatəmi və Nemətlə birlikdə meydandakı palatkada dincəlmişik. Ayın 4-dən 5-ə keçən gecə «mitinq komitəsi» yaratmaq qərarına gəldik. Ancaq hərbçilər bizi meydandan çıxardı. Biz qəti qərara gəlmişdik ki, hərbçilərin qərarını yerinə yetirmək lazım deyil, mitinqi davam etdirmək lazımdır... (V cild, s. 82-84).

(Davamı var) 

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:374
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri