Icma.az
close
up
RU
Əbülfəz Əliyev meydandakı ilk çıxışında nə təklif etdi? Ondan sonra ilk dəfə söz alan Nemət Pənahov nə dedi?..

Əbülfəz Əliyev meydandakı ilk çıxışında nə təklif etdi? Ondan sonra ilk dəfə söz alan Nemət Pənahov nə dedi?..

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Məni tribunadan uzaqlaşdırmaq, meydanı dağıtmaq istəyənlərin sayı anbaan artırdı...”

...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

(Əvvəli burada:)

Ənvər Əliyev kitabın 145- 147-ci səhifələrində belə yazır: 

“Günortaya yaxın meydan tamam dolmuşdu – 500-600 minə söz yox idi! Dünən mənə dəmir söz verən fəhlə heç nə gətirməsə də ciddi-cəhdlə mikrafona can atır, hər vəchlə onu ələ keçirmək istəyirdi(Ənvər Əliyev noyabrın 17-də gecə  meydanda təsadüfən qarşılaşdığı, hələ adını-soyadını bilmədiyi, amma Səttarxan adına zavodun fəhləsi kimi tanıdığı Nemət Pənahovdan yandırılan ocaqların meydandakı asfaltı korlamaması üçün dəmir gətirilməsini təşkil etməsini xahiş edib(səh.125-S.L.) Ancaq mən və aşağıdakı adamlar buna imkan vermirdik. Bu vaxt yaxşı tanıdığım Əbülfəz Əliyevin təkidi ilə ona söz verməli oldum. Yorulduğum ücün həm də istəyirdim ki, aparıcılıqda o da mənə kömək etsin. Ancaq camaat onu da fitə basıb qulaq asmaq istəmirdi. Yenidən işə qarışmalı oldum.

Stenoqram:

Ənvər Əliyev: 

- Mən təklif edirəm ki, Akademiyamızın әmәkdaşı Әbülfәz müәllimә qulaq asaq… Mәnә elә gәlir mәslәһәtdir. İşdәn başı çıxır... Mən sizi bir şeydən də agah etmək istəyirəm ki, bizim işlərimiz bir günlük, on günlük, on beş günlük deyil. Biz qələbə çalana qədər müxtəlif pillələrlə, müxtəlif stadiyalarla, müxtəlif vasitələrlə öz işimizi davam etdirəcəyik. Bu ancaq bizim iradəmizə buraxılmış bir işdir. Mütləq qalib gəlәcəyik. Əbülfəz müəllimə söz versək yaxşı olar...

Əbülfəz Əliyev: 

Qardaşlar, uzun müddətdir ki, yerdən deyirlər ki, özünü təqdim elə. Özümü təqdim edim. Adım Əbülfəzdir.

Mən əsas 3 prinsipi qeyd etmək istəyirəm.

1. Ermənistandan gələn didərginlər haqqında;

2. Onların Ermənistanda tapdanmış haqları barədə;

3. Üçüncü məsələ isə əlbəttə Dağlıq Qarabağ məsələsidir... (XXII cild, s. 141)

…Tribuna  və  meydanda  ciddi,  dəmir intizam  hökm  sürürdü. Mənim  icazəm  olmadan  heç  kim  çıxış  edə bilməzdi. Bunu görən Nemət Pənahov hər vasitə ilə məni ələ alıb Əbülfəz Əliyevdən sonra danışa bildi. O, fikrini söyləmək əvəzinə Sabir Rüstəmxanlını da köməyə çağırıb, mitinqi ələ almağa çalışırdı. 

Stenoqram:

Nemət Pənahov: 

- Camaat tələb edir ki, özümü təqdim edim. Leytenant Şmidt adına zavodun fəhləsi Pənahov Nemət. Sabir Rüstəmxanlıdan xahiş edirəm ki, haradadırsa tribunaya çıxsın, bizə kömək etsin (səs-küy).

...Ancaq siz də bizi fitə basanda, biz onda kiminlə dava edək? Nə təhər edək? Necə edək? Bax, mənə cavab verin. Niyə başa düşmürsünüz? Axı, biz bu yolda, bilənlərin çoxu bilir, həyatımızı riskə qoymuşuq. ....

...Mən Nemətəm, ölərəm hec kəs məni sındıra bilməz... Əgər bizi eşidəcəksinizsə, var olun, yaşasın bu birlik! Ura! Sabir Rüstəmxanlı niyə gəlmədi? Sabir Rüstəmxanlı xahiş edirik. Sabir...

Sonra Tofiq Fikrətin “Millət şərqisi”şerini deyir. Axırda “...Əslində Xalq Cəbhəsinin  bütün varlığı ilə bu dəqiqə çalışan bizik”deyir… (XXII cild, s. 142-146)

Bəli, hər vasitə ilə camaatın etimadını qazanmaq, hazır bir mitinqə sahib olmaq ehtirası ilә alışıb-yanan bu insanın əsil niyyəti, sifəti, məramı mənə istintaq vaxtı  və ondan sonra çatdı. Bu işi anlamaqda mənə öz qənaətlərimlə bərabər müstəntiqlərin sətiraltı ehyamları da xeyli kömək etdi...

“Hansısa bir şeyi korlamaq, gözdən salmaq üçün ən qısa yol onu ondan başı çıxmayan, ona layiq olmayan adamlara tapşırmaqdır”. Bəli, doğrudan da, gözəl üsuldur. Nəticəsi də “gözəl” oldu.

Tribunada təkləndiyimdən meydanda vəziyyət bir qədər gərginləşmişdi. Adam həddən artıq çox idi. Meydan hər dəqiqə təzələnirdi. Ona görə də idarəetmədə xeyli güzəştə getməli oldum. Münasib adam kimi Sabir Rüstəmxanlıya ”Vəziyyətim yaxşı deyil, kömək edin” - dedim. Deyəsən o, birinci gün məndən incimişdi. Bəzi çıxışlara da imkan verildi. Özümün isə oradan uzaqlaşdırılacağımı hec ağlıma belə gətirmirdim. Aparıcının kimliyindən asılı olmayaraq özümü həmişəlik orada hiss edirdim… 

Tribuna ətrafında isə vəziyyət tamam başqa cür idi. Tez-tez tanıdığım və tanımadığım adamlar mənə çox qorxulu xəbərlər verirdilər. “Sumqayıtdan dəmir-dümürlə silahlanmş 50 min adam Bakıya tərəf gəlir”, “Ermənikəndə hücum gözlənilir” və s. Əsasən şantaj və qorxu yaradan əsassız xəbərlərin əsl mahiyyəti o vaxt mənə aydın deyildi. Qonşularımdan Tanrıverdi Paşayev və Namiq İsmayılov dəridən-qabıqdan çıxsalar da, əksər qüvvələr işi daim pozmaqda davam edirdi. Daha doğrusu, məni tribunadan uzaqlaşdırmaq, meydanı dağıtmaq istəyənlərin sayı anbaan artırdı.

(Davamı var)

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə hazırıq.

Təqdim etdi: Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri