Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirməyə çalışır. Afrika və Yaxın Şərqdə təsir imkanlarını müəyyən qədər itirən Fransa yeni geosiyasi aktivlik zonaları axtarır. Ermənistan isə bu baxımdan Fransa üçün həm geosiyasi, həm də simvolik platformaya çevrilir.

Müasir neoikolonializm klassik müstəmləkəçilikdən fərqlənir. Artıq birbaşa işğal və hərbi mövcudluq əsas alət deyil. Əvəzində təhlükəsizlik asılılığı, maliyyə mexanizmlər ilə asılılıq yaratmaq, siyasi elitaya təsir etmək və onun həlledici qəraravermə prosesində yönləndirmək əsas vasitələrə çevrilib. Bu ikitərəfli təzyiq və nüfuzetmə vasitələri ilə yanaşı, beynəlxalq institutlar vasitəsilə yönləndirmə və nəticədə informasiya təsiri və diplomatik təzyiq altında saxlamaq da özünü göstərir. Fransanın Ermənistan siyasətində də bu elementlər görünür.

Makronun “Sülh ritorikası” ilə  hərbiləşmə siyasəti arasındakı ciddi ziddiyyət görsənir. Makron Ermənistanın “Rusiyanın peykindən Avropaya dönüşünü” faktiki olaraq “yeganə düzgün seçim” kimi təqdim edir. Bu isə regionu çoxtərəfli əməkdaşlıq məkanından daha çox geosiyasi bloklaşma zonasına çevirir. Başqa sözlə, Ermənistanın suveren seçim imkanları məhdudlaşdırılır, yeni geosiyasi orbitə daxil edilməsi təşviq olunur.

Makron çıxışında Cənubi Qafqazın “imperiyalar arasında rəqabət meydanına çevrilməməli olduğunu” bildirsə də, Fransanın son illərdə bölgədə atdığı addımlar tam əks mənzərə yaradır. Paris Ermənistanla hərbi əməkdaşlığı genişləndirir, onu Qərb-Rusiya qarşıdurmasının ön xəttinə yaxınlaşdırır və regionda balanslı tərəfdaş olmaqdan daha çox ədalətsiz tərəf kimi davranır. Bu isə Fransa siyasətinin neo-kolonial xarakter daşıdığı barədə fikirləri gücləndirir.

Əslində əsas sual bundan ibarətdir: Fransanın Ermənistanda qurduğu nüfuz infrastrukturunun mahiyyəti nədir? Bu siyasət Cənubi Qafqazı yeni imperial rəqabət məkanına çevirirmi? Və bütün bunların Ermənistanın özü üçün hansı riskləri var?

Makronun çıxışındakı ən diqqətçəkən element onun Ermənistanla münasibəti təsvir etdiyi dildir. O, açıq şəkildə bəyan edir ki, Fransa Ermənistanın silahlı qüvvələrinə təlim keçirir, Ermənistanı silahlandırır və hərbi məsləhətlər verir. Eyni zamanda, Fransa İnkişaf Agentliyi vasitəsi ilə Ermənistana yönələn maliyyə dəstəyinin həcminin 800 milyon avroya çatdırıldığı vurğulanır. Bu, sadəcə iqtisadi və ya diplomatik əməkdaşlıq deyil, daha geniş geosiyasi nüfuz sisteminin qurulması təsiri bağışlayır.

Makronun seçdiyi “biz formalaşdırırıq, silahlandırırıq, məsləhət veririk” kimi ifadələr münasibətləri bərabərhüquqlu tərəfdaşlıqdan daha çox himayədar və patronajdan asılı tərəf yaratmaq modeli olmasını göstərir. Bu dil klassik neoimperial yanaşmanı xatırladır. Görünən odur ki, Fransa Ermənistanı müstəqil regional aktor kimi deyil, öz təsir zonasının elementi kimi formalaşdırmağa çalışır.

Makronun çıxışında ikinci mühüm məqam Ermənistanın “Rusiyanın peykindən” Avropaya dönüşünü “yeganə ağlabatan seçim” kimi təqdim etməsidir. Diplomatik ritorikada bu cür ifadələr nadir hallarda işlədilir. Çünki belə tezis mahiyyət etibarilə regionu ikiqütblü geosiyasi qarşıdurma məkanına çevirir və çoxşaxəli və balans siyasətini mümkünsüz göstərir.

Əsl paradoks isə ondadır ki, Makron bir tərəfdən Azərbaycan və Türkiyə ilə dialoqun vacibliyindən danışır, digər tərəfdən isə Ermənistanın hərbi potensialının artırılmasını prioritet kimi təqdim edir. Halbuki revanşist əhval-ruhiyyənin hələ də müəyyən dairələrdə güclü olduğu Ermənistanda bu cür ziddiyyətli mesajlar sabitlik yaratmır, əksinə yeni risklər formalaşdırır.

Makronun neoimperial siyasətinin başqa bir göstəricisi də odur ki, o, Paşinyan hakimiyyətinin geosiyasi kursunu daxili siyasi seçimdən daha çox xaricdən istiqamətləndirilən transformasiya kimi təqdim edir. Bu isə Ermənistanın suveren qərarvermə imkanlarının zəif olması barədə suallar doğurur.

Fransa Prezidentinin Ermənistan məsələsində bu qədər fəal görünməsinin səbəblərindən biri də daxili siyasi amillərlə bağlıdır. Son illərdə Makron sosial etirazlarla, pensiya islahatlarına qarşı narazılıqlarla, ifrat sağın yüksəlişi və 10-15 faizə düşməklə ciddi reytinq itkisi ilə üzləşib. Belə şəraitdə xarici siyasətdə “qlobal lider” görüntüsü yaratmaq Makron üçün həm də daxili siyasi müstəvidə legitimlik alətinə çevrilir.

Makronun “Qafqaz anı” və Simonyanın etirafları: Ermənistan hansı yol ayrıcındadır?

Bir tərəfdən Fransa Ermənistanı Qərbin geosiyasi orbitinə daha sıx bağlamağa çalışır, digər tərəfdən isə Ermənistan daxilində artıq bu siyasətin yaratdığı riskləri anlayan siyasi çevrələrin narahatlığı açıq şəkildə hiss olunur. Bu mənada Fransa Prezidenti Emmanuel Makronun İrəvanda keçirilən “İrəvan Dialoqu” forumunda səsləndirdiyi fikirlər və Ermənistan parlamentinin sədri Alen Simonyanın Deutsche Welle-yə verdiyi müsahibə birlikdə təhlil edildikdə, regionda formalaşan yeni geosiyasi reallığın ziddiyyətli mahiyyəti aydın görünür.

Məhz bu kontekstdə Parlamentin sədri Alen Simonyanın açıqlamaları xüsusi diqqət çəkir. Onun “7 iyunda seçim sülh və müharibə arasında olacaq” fikri Ermənistan daxilində yaranmış strateji dilemma barədə açıq etirafdır. Simonyan faktiki olaraq bildirir ki, ölkə ya region dövlətləri ilə normal münasibətlər qurmalı, ya da köhnə revanşist siyasətin nəticələri ilə üzləşməlidir.

Daha mühüm məqam isə Alen Simonyanın “amorf Ermənistan” və “real Ermənistan” barədə dedikləridir. Simonyan etiraf edir ki, Ermənistan uzun illər dövlət strategiyasını real geosiyasi maraqlar üzərində deyil, keçmişin mifoloji narrativləri üzərində qurub. “100 il, 1000 il əvvəl Ermənistana aid olmuş torpaqlar” üzərindən formalaşdırılan ideologiya ölkəni inkişaf etdirmək əvəzinə onu təcrid edib və xarici güclərin manipulyasiya obyektinə çevirib.

Bu fikirlər əslində Ermənistan siyasi düşüncəsində ciddi dönüşün baş verdiyini göstərir. Çünki ilk dəfə yüksək səviyyəli erməni rəsmisi açıq şəkildə etiraf edir ki, “tarixi Ermənistan” ideologiyası ölkə üçün təhlükəyə çevrilib. Simonyanın “əks halda Ermənistan xəritədən silinə, quberniyaya çevrilə bilər” fikri isə olduqca ciddi xəbərdarlıqdır. Onun özünün də etiraf etdiyi kimi, tarixdə böyük güclərin geosiyasi oyunlarında alətə çevrilən çoxsaylı dövlətlərin aqibəti buna nümunədir.

Burada əsas təhlükə Ermənistanın “yeni Ukrayna” modelinə sürüklənməsi riskidir. Necə ki, Ukrayna uzun illər böyük güclərin rəqabət məkanına çevrildi və nəticədə dağıdıcı müharibə ilə üzləşdi, Ermənistan da oxşar geosiyasi ssenarinin elementləri ilə qarşı-qarşıyadır. Fransanın Ermənistanda həyata keçirdiyi neoimperial və neokolonial siyasət ölkəni real qarşıdurma məkanına çevirmək təhlükəsi yaradır.

Bu riskləri artıran əsas amillərdən biri də Ermənistan ərazisində müxtəlif güc mərkəzlərinin paralel şəkildə mövcudluğudur. Rusiyanın hərbi mövcudluğu hələ də qalır. Digər tərəfdən Fransanın hərbi iştirakının intensivləşməsi, Frontex missiyasının aktivləşməsi, Avropa İttifaqı-Ermənistan yaxınlaşması regionda onsuz da həssas olan geosiyasi balansı daha da mürəkkəbləşdirir.

Makronun Rusiyanın Ermənistanı “tərk etməsi” ilə bağlı açıqlamaları da məhz bu istiqamətdə mesaj kimi qiymətləndirilə bilər. Ermənistan cəmiyyətinə “köhnə təhlükəsizlik modeli dağılıb, yeni istiqamət Qərbdir” mesajı verilir. Lakin problem ondadır ki, Qərb Ermənistan üçün real təhlükəsizlik təminatı vermir və hazırki geosiyasi vəziyyətdə də vermək iqtidarında deyildir. Bu isə ölkəni daha riskli vəziyyətə sürükləyir.

Əslində həm Makronun çıxışı, həm də Simonyanın etirafları bir həqiqəti ortaya qoyur: Ermənistan yol ayrıcındadır. Bir yol region dövlətləri ilə əməkdaşlıq, sərhədlərin açılması, iqtisadi inteqrasiya və “real Ermənistan” modelinə real əməldə keçiddir. Digər yol isə xarici güclərin geosiyasi qarşıdurmasının alətinə çevrilmək, revanşist narrativləri davam etdirmək və yeni böhranlara sürüklənməkdir.

Xarici güclərin neokolonial müdaxilələri isə bölgədə sabitliyi deyil, yeni parçalanma xətlərini və təhlükəli qarşıdurmaları dərinləşdirir.Cənubi Qafqazın gələcəyi yalnız region ölkələrinin qarşılıqlı hörmət və əməkdaşlığı əsasında formalaşa bilər. Azərbaycanın Şanlı Zəfərimzdən sonra formalaşdırdığı yeni siyasi reallıqlar və yeni status kvo əsasında əməkdaşlıq imkanları uzun müddətli sülhə və sabitliyə hesablanıb.

Prezident İlham Əliyev tərəfindən irəli sürülən siyasi xəttin əsas istiqamətlərindən biri Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan Prezidentinin sülh gündəliyi praqmatik siyasətə əsaslanır: təhlükəsizlik, enerji, iqtisadiyyat və nəqliyyat layihələri vasitəsilə qarşıdurmanı əməkdaşlıqla əvəz etmək məqsədi daşıyır. Bu yanaşma xüsusilə 2023-cü ildə Azərbaycanın tam suverenliyini bərpa etməsindən sonra daha açıq şəkildə gündəmə gətirilir və beynəlxalq birlik tərəfindən də təqdir olunur.

Rizvan Nəbiyev,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 May 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri