Icma.az
close
up
RU
Zəmanənin üz qarası neokolonializm

Zəmanənin üz qarası neokolonializm

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Müstəmləkə zülmü çəkənlərin haqq səsi yenə Bakıdan ucalır 

Fransa dünyanın müxtəlif qitələrində əraziləri işğal edərək, həmin bölgələrin təbii sərvətlərini və insan resurslarını istismar edib. Əgər XIX və XX əsrin ilk yarısında bu siyasət açıq və silahlı işğal formasında həyata keçirilirdisə, İkinci Dünya müharibəsindən sonra dünya nizamında baş verən dəyişikliklər vəziyyəti dəyişdirdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması və onun nizamnaməsi və xüsusilə “Xalqların öz müqəddəratını təyinetmə hüququ” prinsipi birbaşa olaraq keçmiş müstəmləkə xalqlarının azadlıq və müstəqillik tələblərinə hüquqi əsas yaratdı. Bu, dünyanın bir çox bölgəsində kütləvi azadlıq hərəkatlarının və müstəqillik mübarizələrinin sürətlənməsinə səbəb oldu. Lakin müstəmləkəçilik formal olaraq başa çatsa da, reallıqda Fransa kimi dövlətlər yeni, gizli və məkrli bir siyasət forması – neokolonializmi həyata keçirirdilər. Bu isə dünyanın müxtəlif nöqtələrində narazılıqların yaranmasına səbəb olur. 

Bu narazılığın növbəti nümunəsi Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq konfrans oldu. Tədbir həm Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin, həm də Qvadelup xalqının öz müqəddəratını təyinetmə hüququ uğrunda apardığı ədalətli mübarizənin beynəlxalq gündəmə çıxarılması baxımından əlamətdardır. Tədbirin əsas məqsədi Fransa tərəfindən Qvadelupa tətbiq olunan müstəmləkə siyasətini ifşa etmək, bu istiqamətdə beynəlxalq hüquqi mexanizmlərin tətbiqinə çağırış idi.

***

Konfransda diqqətçəkən məqamlardan biri Beynəlxalq Təzminat Hərəkatı və Qaradərili Xalqların İttifaqı Komitəsinin yaradıcı üzvü Luk Reyinetin çıxışı oldu. O, Fransanın yüzilliklərdir davam edən müstəmləkəçi-istismarçı siyasətini sərt şəkildə tənqid edərək bildirdi ki, Paris bu gün də müstəmləkə keçmişi ilə üzləşməkdən və üzr istəməkdən yayınır, əvəzində isə öz istismarçı siyasətini davam etdirməyə çalışır. Tədbirdə Qvadelupun hələ də Fransanın dənizaşırı departamenti statusunda saxlanılmasının adanın yerli əhalisinin siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırdığı vurğulandı. Bildirildi ki, bu status, əslində, müstəmləkəçiliyin müasir formada davamına xidmət edir. Nəticədə, ada sakinləri ciddi sosial və iqtisadi problemlərlə üzləşirlər. İşsizlik səviyyəsinin yüksək olması, gənclərin kütləvi şəkildə miqrasiyası, sosial bərabərsizliyin dərinləşməsi, iqtisadi asılılıq, zorakılığın artması və ətraf mühitin çirklənməsi Qvadelup əhalisinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Burda insanların təbii ehtiyacları, ən əsası isə insan hüquqları təmin edilmir.

Konfrans iştirakçıları Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının vacibliyini qeyd etdilər. Bu xüsusda BMT-nin dekolonizasiya ilə bağlı mövcud hüquqi mexanizmlərinin və müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi ilə bağlı qətnamələrinin Fransa tərəfindən açıq şəkildə pozulduğu vurğulandı. Port-Luis bələdiyyə məclisinin üzvü Viktor Arten konfransda çıxışı zamanı Qvadelupun real siyasi və iqtisadi müstəqilliyinin hələ də təmin olunmadığını xatırlatdı: “Kənd təsərrüfatımız, ticarət əlaqələrimiz və ümumilikdə, iqtisadiyyatımız zəiflədilir. Nəticədə iqtisadiyyatımız getdikcə daha çox idxaldan asılı vəziyyətə düşür”.  V.Artenin fikrincə, Qvadelupun inkişafının və rifahının açarı iqtisadi və siyasi suverenliyin əldə olunmasındadır: “Biz hüquqi və büdcə baxımından Fransadan uzaqlaşıb, bütün sahələrimizi yenidən qurmalıyıq. Sazişləri yenidən tərtib etməli, bütün sahələrdə müstəqil olmağa çalışaraq, qlobal arenada hərəkətə keçməliyik. Əgər biz asılılıqdan, yoxsulluqdan çıxmaq istəyiriksə, öz müqəddəratını təyinetmə hüququmuz uğrunda ciddi mübarizə aparmalıyıq”.

***

“Bu gün Fransa neokolonializm siyasəti həyata keçirir. Keçmiş müstəmləkə və dənizaşırı departamentləri iqtisadi, siyasi və hərbi cəhətdən asılı vəziyyətdə saxlamağa çalışır. Bu məqsədlə müxtəlif mexanizmlərdən istifadə edir. Özünə loyal hökumətləri dəstəkləməklə onların vasitəsilə regionda siyasi mövqeyini qoruyur”. Bu sözləri çıxışında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli dedi. O, XQ-yə açıqlamasında onu da qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra müstəmləkəçilik beynəlxalq hüquq səviyyəsində qəbulolunmaz siyasət elan edilsə də, Fransa kimi dövlətlər müxtəlif formalarda bu siyasəti davam etdirir: “Bundan başqa, onları öz maliyyə zonasında saxlamaqla, əmtəə bazarlarına və strateji resurslara nəzarət edir. Eyni zamanda, Fransa şirkətlərinin inhisarçılıq mövqeləri ilə dövlətləri və müstəmləkə ərazilərini iqtisadi baxımdan özündən asılı vəziyyətdə saxlayır. Bu azmış kimi, mədəni və dil asılılığı təsirsiz ötüşmür. Fransız dili və mədəniyyəti üzərində formalaşan “yumşaq güc” siyasəti vasitəsilə Fransa keçmiş müstəmləkələrdə ideoloji və mədəni təsirini qoruyub saxlamağa çalışır. Ümumiyyətlə, Fransa həmişə müstəmləkə siyasətinə hüquqi don geyindirmək, onu daha da gücləndirmək üçün fərqli üsullar tapır”. 

XXI əsrin reallığında xalqların artıq müstəmləkə siyasətinə qarşı açıq mövqe sərgilədiyini, azadlıqlarını və resurslarını qorumaq üçün mübarizəyə qalxdığını bildirən Mətin Məmmədli Afrikada və dəniz-
aşırı ərazilərdə baş verən proseslərin bu mübarizənin yalnız başlanğıcı olduğunu dedi: “Neokolonializmin iflasa uğraması həm regional, həm də qlobal ədalətin bərqərar olması üçün vacib addımdır”.

***

Beləliklə, BTQ-nin Bakıda keçirdiyi beynəlxalq tədbir bir daha göstərdi ki, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətinə və onun fəsadlarına laqeyd deyil. Qvadelupun azadlığı və bu ada xalqının siyasi gələcəyini öz iradəsinə uyğun müəyyən etmək hüququ uğrunda beynəlxalq dəstək getdikcə daha geniş vüsət alır. Konfrans bir daha nümayiş etdirdi ki, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətinə və onun ağır fəsadlarına göz yummayacaq. Xüsusilə Karib hövzəsində yerləşən Qvadelupun azadlığını müstəqil şəkildə müəyyən etmək hüququ uğrunda beynəlxalq həmrəylik sürətlə genişlənir. Qvadelup məsələsi artıq təkcə regional problem kimi deyil, qlobal insan hüquqları və dekolonizasiya mübarizəsinin tərkib hissəsi kimi beynəlxalq gündəmə daşınıb.

Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Qvadelup adasına həsr olunmuş və Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində də əhəmiyyətli addımlar atıldı. Tədbirin sonunda Qvadelup xalqının milli-azadlıq mübarizəsinə dəstək məqsədilə Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup təşkilatı arasında əməkdaşlığa dair rəsmi Memorandum imzalandı. Bu sənəd təkcə siyasi dəstək bəyanatı deyil, həm də gələcəkdə birgə layihələrin, informasiya mübadiləsinin və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əsasını qoydu. BTQ-nin təşəbbüsü Qvadelup xalqının azadlıq mübarizəsinin beynəlxalq miqyasda daha da gücləndirilməsinə və Fransanın neokolonial siyasətinin ifşasına mühüm töhfə verəcək.

Ə.Pünhan
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see600

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see181

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see131

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see122

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see119

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri