Icma.az
close
up
RU
Neokolonializm və irqçilik meyillərinin artması Avropanı çökdürəcək TƏHLİL

Neokolonializm və irqçilik meyillərinin artması Avropanı çökdürəcək TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, eləcə də əksər ölkələrin konstitusiyasında irqçilik, ksenofobiya və islamofobiya yolverilməz hesaba olunur və bunu edənlər qınanılır, cinayət məsuliyyətinə çəlb olunurlar. Hətta BMT Baş Assambleyası 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib. Hər il 15 mart tarixində BMT-də, AŞPA-da və digər beynəlxalq təşkilatlarda və ölkələrdə İslamofobiya ilə mübarizə mövzusunda tədbirlər, konfranslar keçirilir. Təəssüf ki, elə dövlətlər var ki, onlar sözdə bir, əməl də başqa mövqe sərgiləyirlər. Misal üçün Avropanı, xüsusilə də Fransanı göstərmək olar. Fransada müsəlmanlara qarşı zorakılıq adi hala çevrilib. Bu ölkədə neokolonializm meyilləri ilə yanaşı, irqçilik, ksenofobiya və islamofobiya geniş vüsət alıb. Fransada geniş xarakter alan irqçilik və islamofobiyanın yolverilməz olduğunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda çıxışlarında və KİV-lərə verdiyi müsahibələrində bəyan edib. Bir qədər əvvəl Bakı şəhərində Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirmişdir ki, biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik: “Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır”.

Avropada dini ayrı-seçkilik təhlükəli xarakter alır

Beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatlarının, eləcə də bir sıra müstəqil media orqanlarının yaydıqları açıqlamalara istinadən demək olar ki, Avropanın bəzi ölkələrində dini ayrı seçkilik təhlükəli xarakter alır. Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrində müsəlmanlar həbs edilir, təhqir olunur, döyülürlər. Bəzən isə, zorakılıq halları o dərəcədə amansız xarakter alır ki, polislər və müəyyən təlimatlarla hərəkət edən cinayətkar dəstələr müsəlmanları silahdan açılan atəşlə öldürməkdən çəkinmirlər. Hər zaman qərəzli, ziddiyyətli hesabatları ilə seçilən və tanınan “Human Rigs” beynəlxalq insan hüquqlarının müdafiə təşkilatı nəhayət müsəlmanlara qarşı zorakılıqların artmasından narahat olaraq, vicdanlı mövqe ifadə edib. Təşkilat açıqladığı hesabatında etiraf edib ki, dünyada insan azadlıqlarının pozulması halları daha çox ABŞ və Avropa ölkələrin də baş verir. Hüman Rigs” beynəlxalq insan hüquqlarının müdafiə təşkilatının 2024-cü il üçün yaydığı hesabatında bildirilir ki, ABŞ-da 24678 nəfər, Almaniyada 13860 nəfər, Fransada 9234 nəfər, Niderlanda 7698 nəfər, Belçikada 7543 nəfər, Yunanıstanda isə 6589 nəfər müsəlman dini inancına görə, polislərin, eləcə də yerli əhalinin təhqirlərinə və zorakılıqlarına məruz qalıb. Hətta antiislam meyilli və radikal düşüncəli, milliyyətçi avropalılar müsəlmanların ibadət evlərinin qapısına donuz başını asmaqdan belə çəkinmirlər. Bəzi hallarda isə məscidlərin divarlarına yazılmış “müsəlmanlara ölüm”, “rədd olun” şüarlarına da rast gəlmək mümkündür. Belə faktların kifayət qədər çox olması onu təsdiq edir ki. hakimiyyətlər bilərəkdən ksenofob və islamofob meyilləri aktuallaşdırmasında maraqlıdır. . Bu isə ölkə rəhbərlərinin Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, eləcə də bu istiqamət də beynəlxalq norma və prinsiplərin kobud şəkil də pozulmasıdır. Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın hüquqlar və azadlıqlar bölməsinin 2-ci maddəsinə ( yaşamaq hüququ) əsasən hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa halda həyatından məhrum edilə bilməz. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir:
(a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
(b)qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
(c) qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün. Həmin Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) maddəsində qeyd olunur ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

İnsan hüquqlarının müdafiəsindən, söz və vicdan azadlığından dəm vuran Avropa İttifaqı əməldə bölgədə kobud şəkildə insanların elementar hüquqlarını əlindən alır, söz azadlığına qarşı təhdidlərə, təzyiqlərə yol verir. KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsindən ümumiyyətlə söhbət gedə bilməz. Çünki KİV-lər tam şəkildə dövlətin və ya ayrı-ayrı böyük iş adamlarının nəzarəti altındadır.

Avropa hakimiyyətləri xalqlar arasında birliyin yaranmasına qarşı çıxır

Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin müvafiq strukturları Avropa ölkələrinin hakimiyyətlərindən miqrantlara, əsasən də müsəlmanlara qarşı ayrı-seçkiliyi, zorakılıq hallarını dayandırmaq barədə çağırışlar etsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Bakıda keçirilən və dünyanın 32 ölkəsindən alimlərin, beynəlxalq təşkilatların ekspertlərin, din xadimlərinin və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndənin iştirak etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek çıxışında Avropada dini ayrı seçkiliyə yol verildiyini və islamofobiyanı bəşəriyyətə qarşı atılan atəş olduğunu söylədi. Bildirdi ki, Azərbaycan bu sahədə çox vacib addımlar atır: “Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti zamanı vurğuladığı fikirlər tamamilə doğrudur. İslamofobiya kimi hallar bəşəri dəyərləri alt-üst edir. Qərb ölkələrində milli azlıqlara qarşı edilənlər göz önündədir. Ayrı-seçkiliyin ən böyük təzahürlərindən biri ikili standartlardır. Məsələn, Avropada müqəddəs kitab “Qurani-Kərim”in yandırılması normal qarşılanır. Ancaq həmin ölkələrdə Tövrat, İncil yandırıla bilməz. İslamı terrorçu din kimi qələmə verənlər xristianların törətdiyi terror aktlarına səssiz qalırlar. Bütün bunlar tamamilə ikili standartlardır”. Uelsin “Trinity St David” Universitetinin elmi işçisi Mohammed Sadek Hamid çıxışında bildirdi ki, biz islamofobiya ilə bağlı konkret olaraq nələrin baş verdiyinin fərqindəyik. Bunun həlli üçün məsələnin kökünü bilməliyik: “Biz təxminən 20 il ərzində müxtəlif dinlərin vəhdətini görürük. Müsəlmanlara qarşı nifrət hissinin və ayrı-seçkiliyin necə vüsət aldığının şahidi oluruq. Avropada buna yer olmamalıdır. Avropada məscidlərə qarşı da arzuolunmaz hadisələr törədilir. Müsəlmanlara fiziki hücumların, xüsusilə də qadınlara qarşı zorakılığın şahidi oluruq. Hətta müsəlmanların məzarlarında cəsədlərə qarşı törədilən əməllər çox xoşagəlməzdir. İslamofobiya hamı üçün problemdir”.

Mohammed Sadek onu da qeyd edib ki, Böyük Britaniyada da müsəlmanlara qarşı münasibət dəyişməlidir. Bəzi siyasi qərarlarda mühüm dəyişikliklər edilməlidir. Eyni zamanda, mediadakı fikirlər müsbət istiqamətdə dəyişə bilər. Bu problemə qarşı birlikdə uğurlu mübarizə aparıla bilər. Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss müsəlmanların səlahiyyətlənməsinin və güclənməsinin çox vacib amil olduğunu deyib. Qeyd edib ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər.

Onun sözlərinə görə, müsəlmanlar İslam diskursunu yeniləməli, alternativ təkliflər verməlidirlər. “Biz müsəlman və qeyri-müsəlman arasında fərq qoymuruq. Biz Avropanın bir hissəsiyik. Belçikada İslam din kimi 1974-cü ildən dövlət səviyyəsində təsdiqlənib. Bu ölkənin təhsil müəssisələrində 3 mindən çox müəllim din dərsi keçir”, - deyə Laytouss əlavə edib. Avropa Parlamentinə keçirilən seçkilərdən söz açan baş direktor müsəlmanların bu prosesdə daha fəal iştirakının təmin edilməli olduğunu vurğulayıb. O deyib ki, Avropa Parlamentində müsəlmanlar, sadəcə, 11 faiz təşkil edir.

Pakistanda Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid diqqətə çatdırıb ki, Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir. Avropa ölkələri bu siyasəti mənimsəməli və tətbiq etməlidir.

İslamofobiyanın Avropada siyasi silaha çevrildiyinə diqqət çəkən Əhsən Həmid vurğulayıb ki, Qərb ölkələrində müsəlmanları təhdid kimi qələmə verirlər. “Müsəlman ölkələrindən Avropaya səyahət edənlərə viza verilməsi gecikdirilir, bəzən isə ümumiyyətlə verilmir. İslamofobiya partiyaların siyasətinə çevrilib. Qərb mediası isə ictimaiyyətdə qərəzli fikirlərin formalaşmasında çox böyük rol oynayır. Məscidlər bağlanır, müsəlmanlar üçün yeni ibadət yerlərinin açılması qadağan olunur. Ukraynalı qaçqınlarla Əfqanıstandan gələn köçkünlərə qarşı reaksiyalar eyni deyil. Fransada hicablı qadınlar iş yerlərindən qovulur, təhsildən uzaqlaşdırılır”, - deyə icraçı direktor bildirib. Ə.Həmid əlavə edib ki, müsəlmanlar məruz qaldıqları ayrı-seçkilik halları ilə bağlı təcrübələrini bölüşməlidirlər. Ancaq maariflənmək yolu ilə islamofobiya hallarının qarşısını almaq mümkündür.

Bədbinliyə qapılmağa səbəb olan amillər

ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin siyasət üzrə professoru Raymond Casimer Taras isə ABŞ-da islamofobiya ilə bağlı məlumatlılığın çox aşağı səviyyədə olduğunu söyləyib.İslamofobiyaya rəvac verən daxili amillərə mütləq nəzər yetirilməli olduğunu vurğulayan professor deyib ki, islamofob düşüncəyə şərait yaradan, bir növ ona səbəb olan halların kökündə yanlış siyasət dayanır. Fəlsəfi olaraq bu vəziyyət islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına və yayılmasına imkan verir."Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Bu məsələlərlə bağlı məlumatlılıq artırılmalıdır", - deyə o diqqətə çatdırıb.

Zalsburq Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Aşauer qeyd edib ki, iqlim dəyişmələri, Qərbdə baş verən müharibələr bədbinliyə qapılmağa səbəb olan amillərdir. Bütün bu mənfi amillər mədəni və sosial qütbləşməyə səbəb olur. Çox zaman isə problemlərə, sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar.

Dünya birliyinin, xüsusi ilə də, BMT-nin yüksək tribunalarından Avropa və ABŞ rəhbərliyinə ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilyin, zorakılıq hallarının dayandırılması çağırışlarına baş bilənlərin münasibət bildirməmələri onların törədilən qeyr-insani hallada maraqlı olduqlarını göstərir.

Bu yaxınlarda dünyaca məşhur milyarder İlon Mask bəyan etmişdir ki, “Avropanın, əsasən də Norveç TV-lərində yayımlanan verilişlər, saytlarında dərc olunan yazılar yüz faiz dezinformasiya və ya yalan üzərində qurulur”. Belə bir acınacaqlı vəziyyətin hökm sürdüyü Avropadan ədalətli mövqe, insan azadlıqların hörmət gözləməyə dəyməz. Avropanın əksər ölkələrində yerli əhali ilə yanaşı hakimiyyət miqrantlara qarşı da zorakılıq hallarına yol verirlər. Yaxşı həyat, yüksək təminat arzusu ilə Avropa ölkələrinə üz tutan miqrantlar elə sərhəddə ciddi əngəllərlə üzləşməli olurlar. Bəzi hallarda müxtəlif məbləğdə rüşvət qarşısında ölkəyə buraxılan miqrantlar qalmaq üçün yer tapa bilmir və viza rejimi ilə üzləşir, iş tapmaqda ciddi problemlərlə qarşılaşırlar. Sonrakı mərhələdə isə hakimiyyətlərin göstərişi ilə Almaniya, Fransa, Niderland, Yunanıstan, Norveç və digər ölkələrin əhalisi tərəfindən miqrantlar təhqir edilir, döyülürlər. Miqrantların sözügedən ölkələrdə üzləşdikləri problemlər sırasında antisemit və islamafob meyillərin güclənməsi də ciddi problemlərdən hesab olunur. Almaniyada və Niderlanda ketdikcə güclənən nasi təşkilatların üzvləri miqrantlara qarşı hər cür alçaldıcı mövqe sərgiləyirlər. Bu cür təhqiramiz səhnələr birbaşa polislərin gözü qarşısında baş versə də asayiş keşikçiləri sumağa üstünlük verirlər. Bu da məsələnin yuxarı rəsmi orqanlarla razılaşdırIldığından xəbər verir. Söz yox ki. belə bir davranış həmin cəmiyyətlərin naşılığından və hələ də orta əsrlər təfəkküründə qalmalarından irəli gəlir. İnsanlığa fərqli yanaşma göstərən cəmiyyət və həmin cəmiyyətin hakim zümrəsi uzun ömürlü ola bilməz. Onlar gec və ya tez mövcudluqlarını itirməlidirlər. Ona görə də, əminliklə demək olar ki, dini inaclarına görə insanları təqib və təhqir edən Avropanın bəzi ölkələri dövlət siyasətlərini dəyişməyəcəkləri təqdirdə onları çox böyük fəlakətlər gözləyir. Ən azı onlar dünya birliyindən təcrid oluna, hətta dağılmağa və ya başqa sivil, demokratik dövlətlərə birləşə bilərlər.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri