Icma.az
close
up
RU
Nepal prezidenti COP29dan əsas gözləntilərdən danışdı

Nepal prezidenti COP29dan əsas gözləntilərdən danışdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlim dəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir.

Globalinfo.az xəbər verir ki, Trend-ə müsahibədə Nepal Prezidenti Ram Çandra Paudel dayanıqlı inkişafa baxışını, adaptasiya yollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərini bölüşür.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bu gün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

“İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də, ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşər tarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondan ibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkı iqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, bu əsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlim böhranının ortasındadır və biz hamımız bunun nəticələrini yumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədar olaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal “Yaşıl Dünya üçün Həmrəylik” prinsipinə uyğun olan yol xəritəsi üzərində COP Üçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadə edir”, – deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepal üçün öz mövqeyini təqdim etmək üçün bir fürsətdir.

“Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dair mövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dan texnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciət etməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar 200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyük ziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışı olmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!” – Nepal Prezidenti bildirib.

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qar əriyir:

“Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağı axınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başa düşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobal problemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətli Himalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksək həssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir. Nepal, həmçinin, iqlimlə bağlı mövcud problemlərin həllində məhdud resurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepal artıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədər mənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyi hədəflərinə doğru getməyə başlayıb”.

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədər meşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıq nail olunub:

“Buna görə də Nepalın hazırda iqlim maliyyəsi üçün səxavətli dəstəyə, eləcə də, Nepalın iqlimə davamlı gələcəyə keçidi üçün vacib olan öz potensialını artırmaq üçün qabaqcıl texnoloji “nou-hau”ya ciddi ehtiyacı var. Bu fonda “maliyyə konfransı” olaraq da adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlim dəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yolu ilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir. Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvan şəkildə paylanacağını gözləyirik”.

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təmin edilməsi

Paudel hesab edir ki, iqlim dəyişikliyinə ən həssas olan kiçik və resurs baxımından yoxsul ölkələr iqlim ədalətinə layiqdirlər:

“Səbəb odur ki, bu ölkələr karbon emissiyalarına ən az cavabdeh olsalar da, ən çox əziyyət çəkənlərdir. Məsələn, mənim ölkəmlə bağlı ironiya ondan ibarətdir ki, Nepal istixana qazları emissiyasına cüzi töhfə versə də, iqlim dəyişikliyi fenomeninin əsas qurbanına çevrilib! “The Climate Risk” Nepalı ən çox zərər çəkən 10-cu ölkə kimi təsnif edib. Kənd təsərrüfatı məhsullarının azalması, daxili miqrasiya, şirin su ehtiyatlarının tükənməsi, biomüxtəlifliyin itirilməsi, strateji infrastrukturun zədələnməsi, torpağın keyfiyyətinin pisləşməsi ilə yanaşı,hər il yaşanan insan tələfatı tkimi iqlim dəyişikliyinin təsiri ölkənin hər tərəfində özünü göstərir”.

Bu kontekstdə Paudel hesab edir ki, Nepal və digər ən az inkişaf etmiş və ada ölkələri üçün iqlim maliyyə sistemi ilə bağlı narahatlıqlarını bildirmək çox vacibdir.

“Vəsaitlərin hərəkət mexanizmi sadə, əsaslı və sürətli olmalıdır. Biz hesab edirik ki, fond qrantlar şəklində olmalı və tanınmış milli büdcə sistemi vasitəsilə bölüşdürülməlidir. Zərər çəkmiş inkişaf etməkdə olan ölkələrin daha çox əziyyət çəkməməsi üçün İtki və Zərər Fondunda artım görmək istərdik:

Üzərində düşünməli olduğumuz başqa bir cəhət dağ və dəniz ekosistemləri arasındakı əlaqədir. Onların səbəb-nəticə əlaqəsi fonunda, dağ buzlaqlarının əriməsi sahil ekologiyasına xətti və ardıcıl təsir göstərdiyinə görə, ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri institusional şəkildə əlaqələndirmək vacibdir. COP29 Sədrliyi İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri üçün maliyyələşdirmə elan etməsi ilə indi bu məsələ ilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən bütün maraqlı tərəflərin diqqətini bu aktual mövzuya cəlb etməyə çalışacağam. Şəxsən mən inanıram ki, ən az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini bir araya gətirmək iqlim dəyişikliyinə qarşı ittifaqı gücləndirməyə kömək edəcək”.

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Paudel qeyd edib ki, Nepal Azərbaycanın təklif etdiyi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması ideyasına müsbət yanaşır.

“Hesab edirik ki, məqsədlərimizə çatmaq üçün vəsaitin səmərəli bölüşdürülməsi vacibdir. Mən istərdim ki, fondun mexanizmi sadə, asan əlçatan, həssas ölkələrin prioritetləri və ehtiyaclarına uyğun olsun”, – deyə o bildirib.

“Yaşıl” enerjinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri

Paudel bildirib ki, Nepal və Azərbaycan arasında “yaşıl” enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri var.

“İki ölkə xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və təbii ehtiyatların işlənilməsi sahəsində təcrübə mübadiləsi apara bilər. Nepal hazırda təmiz enerji istehsalı və istifadəsində yaxşı nəticələr əldə etdiyi üçün öz təcrübəsini Azərbaycanla bölüşə bilər. Eynilə, Azərbaycan təbii sərvətlərdən – əhəngdaşı, mis filizləri, sink, dəmir və s. uğurla istifadə edir. Onun bu sahələrdə təcrübəsi bu təbii sərvətlərə sahib olan Nepala çox kömək edə bilər. Bu cür ikitərəfli öhdəliklər bilik və texnologiyanın ötürülməsi ilə birlikdə əməkdaşlığın digər sahələrində onları bir-birinə daha da yaxınlaşdıra bilər”, – deyə Nepal prezidenti bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see257

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see249

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see240

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see225

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see225

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see222

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see219

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see214

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see210

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see209

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see204

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see191

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see188

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see186

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see183

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see175

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri