Icma.az
close
up
RU
Nepalda gərginlik: Yeni hökumət xalqın maraqlarına xidmət etməlidir ŞƏRH

Nepalda gərginlik: Yeni hökumət xalqın maraqlarına xidmət etməlidir ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Nepalda son günlər gərginlik artıb. Ölkədə ixtişaşlar və etiraz aksiyaları baş verib.

Bu hadisələr həm yerli, həm də dünya gündəmində geniş diqqət mərkəzindədir.

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzunu belə şərh edib:

“Nepal dünya üçün çox aktual bir ölkə olmasa da, əslində strateji baxımdan önəmli bir dövlətdir. Ölkə təxminən 150.000 kvadrat kilometr əraziyə malikdir, əhalisi isə 30 milyondan artıqdır. Nepal Çin və Hindistan arasında yerləşir ki, bu da onun strateji əhəmiyyətini artırır. Belə yerləşmə Qərb ölkələrinin, xüsusilə ABŞ-ın diqqətini cəlb edir, çünki həm Çin, həm Hindistan Qərb üçün önəmli dövlətlərdir və onların arasında yerləşən Nepal, bu baxımdan vacib mövqedədir.

Son günlər Nepalda baş verən proseslər də, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirinin keçirildiyi dövrdə baş verib. Nepal həm də bu təşkilatın dialoq tərəfdaşı kimi iştirak edir. Ölkədə ilk etirazlar sosial şəbəkələrin məhdudlaşdırılması ilə başladı. Verilən məlumata görə, etirazlarda daha çox gənc nəsil iştirak edib. Polislə toqquşmalar nəticəsində ölənlər və yaralananlar oldu. Hökumət 9 sentyabrda sosial şəbəkələrin fəaliyyətini bərpa etsə də, etirazların qarşısını ala bilmədi. Bu, göstərir ki, xalqla hakimiyyət arasında fikir ayrılığı və uçurum yaranarsa, dövlətin idarəçiliyi yalnız öz maraqlarına və ya kənar qüvvələrin maraqlarına xidmət edirsə, nəticədə hakimiyyət zəifləyir və sonda devrilir.

Nepalda da bu proses baş verdi. Xalqla iqtidar arasındakı ziddiyyət, uçurum sonda baş nazir Şarma Olinin istefası ilə hökumətin devrilməsinə gətirib çıxardı. Daha sonra prezident Ramçandra Paudel ilə bağlı istefa xəbərləri yayılsa da, bu, sonradan təkzib olundu. Qeyd etmək lazımdır ki, Nepal parlamentli respublikadır və əsas icra hakimiyyəti baş nazirin əlindədir. Olinin istefası hökumətin devrilməsini şərtləndirdi. Prezidentin istefa verib-verməməsi isə daha çox simvolik xarakter daşıyır”.

Politoluqun sözlərinə görə, Paudel prezident olaraq qalacaqsa da, yeni hökumətin formalaşmasından sonra onun istefa verməsi ehtimalı yüksəkdir:

“Etirazlar hətta prezident vəzifəsində qalsa belə, xalqın narazılığını göstərərək ölkədə xaosun qarşısını almağa çalışır. Yeni hökumət xalqın maraqlarına xidmət edən, xarici qüvvələrdən asılı olmayan bir hakimiyyət olmalıdır.

Nepalda yeni hökumətin formalaşması xarici dövlətlərin – həm Çin, həm Hindistan, həm də ABŞ və digər Qərb ölkələrinin – maraqlarını da nəzərə alır.

Yeni hökumət formalaşarkən bu qüvvələr öz nümayəndələrini irəli sürə bilərlər. Lakin ümumilikdə bu proses göstərir ki, xalqla eyni mövqedə olmayan, vətəndaşların maraqlarını nəzərə almayan hakimiyyətin sonu belə olur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri