“Nəqliyyat ekspedisiyası qanunu gələcək yükdaşıma münasibətlərini tənzimləyəcək”
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu nəqliyyat ekspedisiyası haqqında qanun layihəsinə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o vurğulayıb ki, qanun layihəsi hazırda yükdaşıma və ekspedisiya məsələlərinin bir hissəsini əhatə edir, lakin gələcəkdə yaranacaq tələbat və iqtisadi münasibətlər nəzərə alınaraq yeni qanunlar qəbul ediləcək.
Deputat qanunun vacib olduğunu qeyd edərək iki təklif irəli sürüb. Birinci təklifdə “logistik performans” anlayışının əvəzinə “logistik hazırlıq” ifadəsinin işlədilməsinin daha doğru olacağını bildirib. Babaoğlu qeyd edib ki, performans fərdi nailiyyət və müvəffəqiyyət dərəcəsini ifadə edir, amma logistika sistem kimi fəaliyyət göstərdiyindən, bu anlayışın “hazırlıq və keyfiyyət” kimi təqdim olunması məqsədəuyğundur.
İkinci təklifdə deputat qanunda istifadə olunan “nəqliyyat ekspedisiyası” ifadəsinə toxunub. Onun sözlərinə görə, ekspedisiya müxtəlif sahələrdə fərqli mənalar kəsb edir – məsələn, elmi və ya arxeoloji ekspedisiya. Nəqliyyat sahəsində isə söhbət əsasən yükdaşımadan gedir. Babaoğlu bildirib ki, qanunun digər bəndlərində ekspedisiya yerinə “yükdaşıma” ifadəsi istifadə olunur və bütün hallarda bu terminoloji dəqiqliyin qorunması dilimizin tələblərinə uyğun olar.
Mehman Mirzəzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 25 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















