Icma.az
close
up
RU
166 Yükdaşıma və Logistika 22 ci Xəzər Nəqliyyat Sərgisində innovativ həlləri ilə seçildi

166 Yükdaşıma və Logistika 22 ci Xəzər Nəqliyyat Sərgisində innovativ həlləri ilə seçildi

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanın yükdaşıma və logistika sektorunun liderlərindən olan "166 Yükdaşıma və Logistika" 2-4 iyun 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində müasir texnologiya və yenilikçi həllərini uğurla təqdim edərək geniş marağa səbəb olub.

2 iyun tarixində sərginin rəsmi açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin əhəmiyyətini vurğulayaraq ekspozisiyalarla yaxından tanış olub.

"166 Yükdaşıma və Logistika" sərgidə xüsusi dizayn edilmiş geniş stendi (2T424) vasitəsilə həm ölkədaxili, həm də beynəlxalq yükdaşıma sahəsində əldə etdiyi nailiyyətləri təqdim edib. Stenddə nümayiş olunan multimodal daşımalar üzrə təqdim edilən innovativ həllər və şirkətin yeni təqdim etdiyi "Mobil Anbar" xidməti iştirakçıların xüsusi marağına səbəb olub. Bu xidmət çevik və sərfəli saxlama həlləri təklif edərək müştərilərin yük saxlama ehtiyaclarını daha effektiv şəkildə qarşılayır.

Rəqəmsal idarəetmə sistemləri, effektiv multimodal logistika modelləri və qabaqcıl daşıma xidmətləri ilə seçilən şirkət sərgi çərçivəsində nəqliyyat, enerji, tikinti və sənaye sahələrinin nümayəndələrinin marağına səbəb olub. Komanda məhsuldar B2B görüşlər təşkil edərək potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə edib və bir neçə vacib tərəfdaşlıq üçün ilkin razılaşmalar əldə olunub.

Qeyd edək ki, sərgi çərçivəsində keçirilən xüsusi təltifetmə mərasimində "166 Yükdaşıma və Logistika" şirkətinin stendi yaradıcı yanaşmasına görə qiymətləndirilmiş və "Ən yaradıcı stend" nominasiyasında mükafata layiq görülmüşdür. Şirkət artıq neçə ildir ki, bu nüfuzlu sərgidə mütəmadi olaraq iştirak edir və hər il fərqlənərək müxtəlif nominasiyalarda, o cümlədən yaradıcı stend üzrə təltiflərə layiq görülür. Bu uğurlar şirkətin kreativ yanaşması və bazardakı lider mövqeyinin bir daha təsdiqidir.

"166 Yükdaşıma və Logistika" şirkəti innovasiyayönümlü strategiyası və yüksək müştəri məmnuniyyəti prinsiplərinə əsaslanaraq, ölkədə və regionda logistika bazarında mövqeyini daha da möhkəmləndirməkdə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri