Icma.az
close
up
RU
Nəqliyyatda dayanıqlı xidmət və təhlükəsizlik naminə

Nəqliyyatda dayanıqlı xidmət və təhlükəsizlik naminə

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ödənişli hərəkət zonalarının yaradılması sərnişindaşımada ekoloji təmiz nəqliyyat parkının güclənməsinə səbəb olacaq

Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman sərnişindaşıma və şəhər nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm yenilikləri özündə əks etdirir. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq.

“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyə mənbələri

Növbəti ilin əvvəlindən fəaliyyətə başlayacaq fond 2 mənbədən formalaşmaqla şəhər nəqliyyatında tələb olan zəruri ehtiyacları təmin edəcək. Birinci mənbə avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi fondun portfelində yer alacaq. Ölkəmizdə avtomobil nəqliyyatı vasitələri hər il yol vergisi ödəyir ki, həmin pular məqsədli büdcədənkənar fondda cəmləşir. Yeniliyə əsasən, həmin vergilər həm də “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna köçürüləcək.

Fondun digər maliyyə mənbəyi nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqdan formalaşacaq. Bu o deməkdir ki, Nazirlər Kabineti və müvafiq dövlət qurumları,  o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yerüstü Nəqliyyat Agentliyi paytaxtın mərkəzi hərəkət zolaqlarında ödənişli zonaların sərhəd və cizgilərini müəyyənləşdirəcək. Qarşıdakı üç ay ərzində Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği də müəyyənləşəcək. Həmçinin həmin yollara giriş və çıxış xətləri, ödəmənin növləri və digər məsələləri həll edəcək.

Ekoloji təmiz nəqliyyat vasitələri subsidiya əldə edəcək

“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun vəsaitlərinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. Yerüstü Nəqliyyat Agentliyi isə 2026-cı il yanvarın 1-dək inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla marşrutların cədvəlini hazırlayacaq. Agentliyin müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərcləri kompensasiya olunacaq. Subsidiyalaşma adlanan bu mexanizm əsasında nəqliyyat daşıyıcılarının ehtiyacları təmin ediləcək.

Subsidiyalar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində ekoloji baxımdan müasir tələb və normalara cavab verən, ödəmə kartları və ya nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara veriləcək. Sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar, elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar və ya elektromobillər subsidiyadan faydalansa da, digər nəqliyyat vasitələri, yəni dizel, benzin, həmçinin istismar müddəti köhnəlmiş avtobuslar fondun maliyyə portfelindən dəstək ala bilməyəcək. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar da subsidiyalaşma bankına daxil olacaq.

“Yaşıl nəqliyyat” modelinə keçid

Qeyd edək ki, nəqliyyat sektorunda tətbiq edilən bu yenilik uzun illərdir müzakirə olunan, böyük şəhərlərin təcrübəsində özünü doğrultmuş nəqliyyat idarəetmə modelinin Azərbaycanda tətbiqini nəzərdə tutur. Əsas məqsəd paytaxtın sıx küçə və prospektlərində tıxacların qarşısını almaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılmasıdır. Hazırda təkcə Bakı şəhərində 4000-ə yaxın avtobus sərnişindaşıma işinə cəlb olunsa da, onların yarısından çoxu dizellə işləyir, əsasən də Bakıətrafı ərazilərə və kəndlərə  işləyən marşrutların nəqliyyat parkı köhnədir. Bu isə o deməkdir ki, şəhər nəqliyyatında minlərlə avtobus subsidiya ala bilməyəcək. Hökumətin məqsədi də məhz şəhər nəqliyyatında daha müasir və ekoloji baxımdan müasir tələblərə cavab verən nəqliyyat arxitekturasının qurulmasından ibarətdir. Çünki köhnə avtobuslar sərnişindaşımada həm keyfiyyətli xidməti təmin edə bilmir, həm sərnişinlərin həyatı üçün təhlükə törədir, həm də şəhərdə ka?bon emissiyasını artırır. Azərbaycan iqlim öhdəliklərini üzərinə götürmüş ölkə kimi karbon dioksidin azaldılmasını hədəfləyir və şəhərin sənaye, tikinti, nəqliyyat və digər bölmələrində ətraf mühiti çirkləndirən amillərin qarşısını almağa çalışır. Bu baxımdan şəhərə ən çox zərər verən yararsız və istismar müddəti bitmiş avtobusların tədricən hərəkət xəttindən çıxarılması aktual çağırışlardandır. Dövlət başçısının müvafiq fərmanı da həmin hədəf prinsiplərinə çatmaq üçün kompleks tədbirlər planının tərkib hissəsidir. Bu tənzimləmə üsulu şəhərin ekologiyasına da müsbət təsir göstərəcək, şəxsi avtomobillərdən istifadənin azalması nəticəsində havaya atılan zərərli tullantıların miqdarı da aşağı düşəcək.

E. CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri