Icma.az
close
up
RU
Yerüstü nəqliyyatda bitməyən xaos

Yerüstü nəqliyyatda bitməyən xaos

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanda ictimai nəqliyyat sahəsi illərdir islahat adı altında dəyişikliklərə məruz qalsa da, problemlər kökündən həll olunmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxta və iri şəhərlərə yeni avtobuslar gətirməklə sanki işini bitmiş hesab edir.

Amma real vəziyyət göstərir ki, bu qurum sadəcə vitrini bəzəməklə məşğuldur.
Bakıda və Sumqayıtda çoxlu dayanacaq ya köhnəlib, ya da ümumiyyətlə mövcud deyil. Sərnişinlər bəzən avtobusu yol kənarında gözləməyə məcbur qalır. Əksər dayanacaqlarda isə informasiya lövhələri, hərəkət qrafikləri yoxdur. Nəticədə insanlar avtobusun nə vaxt gələcəyini təsadüflərə buraxır.
Yeni avtobusların gətirilməsi yaxşıdır, amma bu avtobuslar vaxtında işləmirsə, sərnişin üçün fərqi yoxdur. Pik saatlarda marşrutlarda xaos hökm sürür. Sumqayıtda isə bütün marşurtları sərnişinlər dəqiqələrlə gözləyir.

İnsanlat AYNA-nın “call center”nə şikayət etsə də hər dəfə  “şikayətinizlə əlaqədar daşıyıcıya xəbərdarlıq olundu” cavabı verilir. Ancaq dəyişən heçnə yoxdur.
Bakıda və hətta Gəncədə kart sistemi tətbiq olunsa da, Sumqayıtda vəziyyət tamamilə fərqlidir.

Əslində, burada illər əvvəl kart sistemi tətbiq edilsə də, cəmi bir ay sonra texniki problemlər səbəbindən dayandırıldı. O vaxtdan bəri bu məsələ bir daha bərpa olunmayıb. Bu da Sumqayıtı digər iri şəhərlərlə müqayisədə ictimai nəqliyyat sahəsində çox geri salır.

XXI əsrdə belə bir gerilik sadəcə qəbuledilməzdir.
Sumqayıtda hərəkəti dayandırılan bir çox marşrut xətləri illərdir yenidən bərpa olunmur. Məsələn, 503 saylı marşrut xətti Bakı-Sumqayıt-Saray körpüsü təmirə bağlanandan fəaliyyətini dayandırıb. Lakin fəaliyyətini dayandırandan sonra bu istiqamətdə heç bir alternativ yaradılmayıb. Oxşar vəziyyət bir neçə digər marşrut xətləri ilə də yaşanır. Bu isə sərnişinlərin gündəlik hərəkət imkanlarını məhdudlaşdırır, alternativsiz buraxır.
AYNA rəhbəri  hər çıxışında islahatlardan danışır, amma sərnişinlərin gündəlik problemlərinə real həll tapa bilmir. Yeni avtobuslar gətirmək təkbaşına nəqliyyatı inkişaf etdirmir. Dayanacaqların qurulması, marşrutların dəqiq işləməsi, kart sisteminin bütün ölkə üzrə tətbiqi və sərnişin rahatlığının prioritetə çevrilməsi vacibdir.
Əks halda, bu sahədə görülən işlər sadəcə kağız üzərində qalacaq, reallıqda isə Azərbaycan vətəndaşı hər gün avtobus dayanacağında əsəbiləşməyə davam edəcək.

İlkin

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Sentyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri