Icma.az
close
up
RU
Nəqliyyatın bahalaşması aztəminatlı ailələrə təsir edəcək Millət vəkili

Nəqliyyatın bahalaşması aztəminatlı ailələrə təsir edəcək Millət vəkili

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər ictimai nəqliyyatda gediş haqqının artırılması ehtimalı ilə bağlı müzakirələr narahatlıq yaradıb. Bu, xüsusilə aztəminatlı ailələrin büdcəsinə ciddi təsir göstərə bilər.

Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında deyib ki, ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinin təkcə qiymətlə deyil, sistemli problemlərlə bağlıdır:

"Əslində, burada abunə kartlarının tətbiqi çox önəmlidir və bir neçə nəqliyyat növündən eyni vaxtda istifadə etmək üçün kartların dövriyyəyə girməsi vacibdir. Yəni eyni kartla avtobus, metro, qatar nəqliyyatından istifadə etməyə imkan verilməlidir. Çünki bunlar olmadıqda yüngülləşdirici variantlara gedilmədən qiymətin artırılması yenə də sıxıntılar yaradacaq. Onsuz da vətəndaş cərimələrlə böyük bir sıxıntı içindədir. Üstəlik də gediş haqlarının qaldırılması az gəlirli ailələrə böyük təsir göstərəcək".

Millət vəkili, elektrik və hibrid avtomobillərin sayının artmasının ictimai nəqliyyata ehtiyacı azaltmadığını bildirib:

"İndi müəyyən dərəcədə aztəminatlı ailələrin özü də yeni maşın modeli, elektrik-hibrid maşınlarda müəyyən qədər yanacağa az vəsait xərcləyirlər. Amma bu o demək deyil ki, ictimai nəqliyyatdan istifadənin sayı azalıbdır. Xeyli insanlar var ki, məhz ictimai nəqliyyatdan başqa seçimləri yoxdur. Ona görə də məsələ ətrafında mütləq düşünülməlidir. Hər hansı bir şəkildə vətəndaşın büdcəsinə dəyən zərərin böyüməsinə imkan vermək lazım deyil. Vətəndaş ictimai nəqliyyatda ciddi vaxt itkisinə məruz qalır, heç olmasa maddi itkisi də bunun üzərinə yüklənməsin və daha rahatlıqla öz gündəlik həyatını yaşaya bilsin. Biz bunu təmin etməliyik",- deyə Fazil Mustafa əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Avqust 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri