Icma.az
close
up
RU
“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.

Holdinq tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsait hesabına 2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.

Həmçinin, 2000-dən çox şəhid övladına NEQSOL Holding-in dəstəyi ilə “YAŞAT” Fondunun təşkil etdiyi sosial layihələr çərçivəsində müxtəlif formada dəstək göstərilib.

“Məktəb Ləvazimatları ilə Təminat” layihəsi çərçivəsində 2025-2026-cı tədris ili üzrə 1467 şəhid övladı bir illik məktəb ləvazimatları ilə təmin edilib. Layihə uşaqların təhsil prosesinə dəstək məqsədi ilə həyata keçirilib.

Holdinq həmçinin 2025-ci ilin yay aylarında Lənkəran şəhərində 10-17 yaşda olan 457 şəhid övladının iştirakı ilə 4-cü “YAŞAT” düşərgəsi layihəsinə dəstək göstərib. Düşərgədə uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki və mənəvi inkişafına yönəlmiş müxtəlif təlim və əyləncə proqramları keçirilib.

Holdinq dəstəyi ilə Birləşmiş Krallıqda Yay Məktəbi də təşkil edilib. Ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı London şəhərində 2 həftə ərzində beynəlxalq mühitdə təhsil, dil və mədəniyyət təcrübəsi qazanıb.

2025-ci ildə həmçinin “Hədiyyə Karvanı” layihəsi çərçivəsində 1673 şəhid övladına hədiyyə qutuları təqdim olunub. Layihə uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq və onlara mənəvi dəstək göstərmək məqsədi daşıyıb.

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir. 2021-ci ildən etibarən və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, Holdinqin qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.

"NEQSOL Holding" Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.

"NEQSOL Holding" 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri