Nərə kürüsünü xaricə 2 min manata satıb, Çindən 500 manata kürü alırıq
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 6 380 kiloqram nərə balıqlarının kürüsü, 61 900 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə xarici ölkələrə 480 kiloqram nərə balıqlarının kürüsü ixrac edilib.
Nərə balıqlarının kürüsü Azərbaycana əsasən Çindən gətirilib. 10 ay ərzində Çindən Azərbaycana 6 360 kiloqram nərə balığı kürüsü idxal edilib. Çindən gətirilən kürünün bir kiloqramının gömrük dəyəri 301,4 dollar (512,4 manat) olub.
İxrac etdiyimiz nərə balığı kürüsü isə 9 ölkəyə satılıb. Kürünü ən çox ABŞ-yə (təxminən 160 kiloqram) və Birləşmiş Ərəb Əmirliklərinə (təxminən 140 kiloqram) ixrac etmişik. 80 kiloqram kürünün isə hansı ölkəyə ixrac olunduğu bilinmir. Xaricə satılan kürünün bir kiloqramının gömrük dəyəri 1 165 dollar (1 980 manat) olub.
Balıq kürüsünün əvəzedicilərini isə aşağıdakı ölkələrdən idxal etmişik:
Belarus – 29 530 kq (bir kiloqramının gömrük dəyəri 7,7 dollar);
Qazaxıstan – 1 880 kq (10,8 dollar);
Rusiya – 17 300 kq (26,97 dollar);
Ukrayna – 10 kq (61 dollar);
Avstraliya – 20 kq (34,5 dollar);
Çin – 8 100 kq (11,6 dollar)
İran – 4 920 kq (5,9 dollar);
Yaponiya – 120 kq (43,7 dollar);
Almaniya – 10 kq (65 dollar).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq QİYMƏTLƏR
12 İyul 2025 17:20
Nərə balığının kürüsünü xaricə neçəyə satırıq?
30 May 2025 12:54
2 manata alınır, 35 manata satılır Nərə balığı MÜƏMMASI
27 Avqust 2025 12:22
Nərə balığını Qazaxıstandan 1,70, Böyük Britaniyadan 80 manata alırıq
27 Noyabr 2024 12:53
Baxış sayı:30
Bu xəbər 09 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















