Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin ilk 8 ayında Azərbaycandan xarici ölkələrə 980 kiloqram nərə balığının kürüsü ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan kürünün ümumi gömrük dəyəri 1 milyon 3,1 min dollar olub.
Beləliklə, bir kiloqram nərə balığı kürüsünün orta gömrük dəyəri 1 023,6 dollar (1 740 manat) təşkil edib.
Qeyd edək ki, nərə balığının kürüsü ən çox Rusiyaya və Birləşmiş Ərəb Əmirliklərinə satılıb. Rusiyaya bir kiloqramı orta hesabla 1 516 manatdan 230 kiloqram, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 721 manatdan 170 kiloqram kürü göndərilib. İxracın həcminə görə üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkəyə bir kiloqramı orta hesabla 1 167 manatdan 170 kiloqram kürü ixrac edilib.
Nərə balığının kürüsü ən baha qiymətə Yaponiyaya satılıb. Bu ölkəyə göndərilən kürünün bir kiloqramının orta gömrük dəyəri 2 904 manat olub. Ən aşağı orta gömrük dəyəri isə Kanadaya ixrac edilən kürüdə qeydə alınıb. Bu ölkəyə göndərilən kürünün bir kiloqramı 680 manata başa gəlib.
Azərbaycandan nərə balığının kürüsü ixrac edilən ölkələr və bir kiloqramın orta gömrük dəyəri aşağıdakı kimi olub:
Rusiya – 230 kiloqram (1 515,7 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 170 kiloqram (1 720,7 manat);
ABŞ – 170 kiloqram (1 166,8 manat);
Qətər – 100 kiloqram (2 040 manat);
Niderland – 50 kiloqram (1 611,9 manat);
Yaponiya – 40 kiloqram (2 904 manat);
Avstraliya – 40 kiloqram (2 422,5 manat);
Gürcüstan – 40 kiloqram (1 451,8 manat);
Kanada – 30 kiloqram (680 manat);
Səudiyyə Ərəbistanı – 20 kiloqram (2 210 manat);
Sinqapur – 20 kiloqram (2 200,7 manat);
İtaliya – 10 kiloqram (1 642,2 manat);
Ölkə təyin olunmayıb – 60 kiloqram (3 084,1 manat).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan benzini hansı ölkələrə və neçəyə satıb? Siyahı
15 Fevral 2026 18:35
Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? Siyahı
22 Oktyabr 2025 16:05
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? Siyahı
15 Sentyabr 2026 16:57
İyun ayında Azərbaycan qarpızı hansı ölkələrə və neçəyə satıb? Siyahı
14 Avqust 2025 10:19
Ötən il Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? Tam siyahı
23 Yanvar 2026 17:26
Baxış sayı:116
Bu xəbər 02 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















