Icma.az
close
up
RU
Nərgiz Əsgərova 2025 ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi

Nərgiz Əsgərova 2025 ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

RegBridge şirkətinin təsisçisi və baş icraçı direktoru Nərgiz Əsgərova beynəlxalq nüfuza malik TOPRA Regulatory Excellence Awards 2025 mükafatının finalçısı elan olunub. Bu tanınma onun liderliyini, peşəkarlığını və dərman vasitələrinin qeydiyyatı sahəsində inkişafın təşviqinə verdiyi töhfəni, həmçinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyətini əks etdirir.

Adalet.az bildirir ki, TOPRA tərəfindən hər il təşkil olunan Dərman Vasitələrinin Qeydiyyatı üzrə Peşəkarlar Təşkilatının (Organisation for Professionals in Regulatory Affairs) mükafatı qlobal əczaçılıq və həyat elmləri sənayesində nailiyyət və liderliyi qeyd edir. “İlham” (Inspiration) kateqoriyasında finalçı seçilmək, təkcə fərdi liderliyi deyil, həm də dərman vasitələrinin qeydiyyatı sahəsində 16 ildən artıq təcrübəyə malik olan Nərgiz Əsgərovanın peşəkar karyerasını, həmkarları üçün nümunə və ilham mənbəyi kimi tanınmasını əks etdirir. Qeydiyyat sahəsində onun mükəmməlliyə sadiqliyi, eyni zamanda RegBridge şirkətinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında tərəfdaşlarla əməkdaşlıq və inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayır.


Namizədliyi ilə bağlı danışan Nərgiz Əsgərova bildirib: “Bu tanınma mənim üçün çox önəmlidir. O, karyeram boyu rəhbər tutduğum dəyərləri – dürüstlük, əzmkarlıq və peşəkarlığı əks etdirir. Eyni zamanda, bu tanınma RegBridge komandasının sərhədləri aşaraq dərman vasitələrinin qeydiyyatı sahəsində yeni standartlar müəyyənləşdirmək istiqamətində göstərdiyi səyləri də əks etdirir. Biz birlikdə qeydiyyat proseslərində mükəmməlliyin pasiyentlərin rifahına, farmasevtika sənayesinin inkişafına və cəmiyyətin xeyrinə xidmət etməsinə sadiq qalırıq.

Nərgiz Əsgərovanın rəhbərliyi altında RegBridge regionun aparıcı konsaltinq şirkətlərindən birinə çevrilib və qlobal əczaçılıq şirkətlərini yerli səhiyyə sistemləri ilə birləşdirərək dəyişən qeydiyyat tələblərinə tam uyğunluğu təmin edir.


Qeyd etmək istərdik ki, Nərgiz Əsgərova beynəlxalq səviyyədə keçirilən nüfuzlu TOPRA Regulatory Excellence mükafatına namizəd göstərilən ilk azərbaycanlıdır.

TOPRA Awards-un qalibləri 27 noyabr 2025-ci il tarixində Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Finalçıların tam siyahısı ilə tanış olmaq üçün aşağıda ki linkə keçid ala bilərsiniz: //lnkd.in/ejPGB4zK

RegBridge haqqında
RegBridge – baş ofisi Bakıda yerləşən, qeydiyyat və farmakonəzarət sahəsində ixtisaslaşmış konsaltinq şirkətidir. Şirkət keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyət göstərir. RegBridge qeydiyyat sahəsində mükəmməlliyin inkişafına və pasiyentlərin keyfiyyətli dərman vasitələrinə vaxtında çıxışının təmin olunmasına yönəlmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri