Icma.az
close
up
RU
Nərgiz Əsgərova beynəlxalq mükafatın finalçısı SEÇİLDİ

Nərgiz Əsgərova beynəlxalq mükafatın finalçısı SEÇİLDİ

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

RegBridge şirkətinin təsisçisi və baş icraçı direktoru Nərgiz Əsgərova beynəlxalq nüfuza malik TOPRA Regulatory Excellence Awards 2025 mükafatının finalçısı elan olunub. Bu tanınma onun liderliyini, peşəkarlığını və dərman vasitələrinin qeydiyyatı sahəsində inkişafın təşviqinə verdiyi töhfəni, həmçinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyətini əks etdirir.
Bizim.Media xəəbər verir ki, TOPRA tərəfindən hər il təşkil olunan Dərman Vasitələrinin Qeydiyyatı üzrə Peşəkarlar Təşkilatının (Organisation for Professionals in Regulatory Affairs) mükafatı qlobal əczaçılıq və həyat elmləri sənayesində nailiyyət və liderliyi qeyd edir. 
“İlham” (Inspiration) kateqoriyasında finalçı seçilmək, təkcə fərdi liderliyi deyil, həm də dərman vasitələrinin qeydiyyatı sahəsində 16 ildən artıq təcrübəyə malik olan Nərgiz Əsgərovanın peşəkar karyerasını, həmkarları üçün nümunə və ilham mənbəyi kimi tanınmasını əks etdirir.
 

Qeydiyyat sahəsində onun mükəmməlliyə sadiqliyi, eyni zamanda RegBridge şirkətinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında tərəfdaşlarla əməkdaşlıq və inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayır


Namizədliyi ilə bağlı danışan Nərgiz Əsgərova bildirib:
“Bu tanınma mənim üçün çox önəmlidir. O, karyeram boyu rəhbər tutduğum dəyərləri – dürüstlük, əzmkarlıq və peşəkarlığı əks etdirir. Eyni zamanda, bu tanınma RegBridge komandasının sərhədləri aşaraq dərman vasitələrinin qeydiyyatı sahəsində yeni standartlar müəyyənləşdirmək istiqamətində göstərdiyi səyləri də əks etdirir. Biz birlikdə qeydiyyat proseslərində mükəmməlliyin pasiyentlərin rifahına, farmasevtika sənayesinin inkişafına və cəmiyyətin xeyrinə xidmət etməsinə sadiq qalırıq
Nərgiz Əsgərovanın rəhbərliyi altında RegBridge regionun aparıcı konsaltinq şirkətlərindən birinə çevrilib və qlobal əczaçılıq şirkətlərini yerli səhiyyə sistemləri ilə birləşdirərək dəyişən qeydiyyat tələblərinə tam uyğunluğu təmin edir.
Qeyd etmək istərdik ki, Nərgiz Əsgərova beynəlxalq səviyyədə keçirilən nüfuzlu TOPRA Regulatory Excellence mükafatına namizəd göstərilən ilk azərbaycanlıdır.
TOPRA Awards-un qalibləri 27 noyabr 2025-ci il tarixində Londonda keçiriləcək mərasimdə açıqlanacaq.
Finalçıların tam siyahısı ilə tanış olmaq üçün aşağıda ki linkə keçid ala bilərsiniz:
//lnkd.in/ejPGB4zK
Qeyd edək ki, RegBridge – baş ofisi Bakıda yerləşən, qeydiyyat və farmakonəzarət sahəsində ixtisaslaşmış konsaltinq şirkətidir. Şirkət keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyət göstərir. RegBridge qeydiyyat sahəsində mükəmməlliyin inkişafına və pasiyentlərin keyfiyyətli dərman vasitələrinə vaxtında çıxışının təmin olunmasına yönəlmişdir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri