Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
Fanat.Az AVF-yə istinadən xəbər verir ki, N.İsmayılova qadın voleybolçular arasında Avropa Liqasının oyunlarına supervayzer təyin olunub.
AVF rəsmisi iyunun 12-dən 14-nə qədər Yunanıstanın Saloniki şəhərində, 19-21 iyunda isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yunanıstanda baş tutacaq oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar. Estoniyada təşkil olunacaq qarşılaşmalarda isə Latviya, Yunanıstan və ev sahibi Estoniya milli komandaları iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 11 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















