Avropa Voleybol Konfederasiyasından Nərgiz İsmayılovaya etimad İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan Voleybol Federasiyasının “Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
İdman.biz xəbər verir ki, o, yanvarın 8-də qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində baş tutacaq “Şverin” (Almaniya) və “Levallois Paris Sent Kloud” (Fransa) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Almaniyanın Şverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriqes Maçin Maria və polşalı Miçlik Aqnieşkadır.
Qeyd edək ki, İsmayılova Avropa Voleybol Konfederasiyası bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















