Icma.az
close
up
RU
Nərgiz Süleymanova adını Azərbaycan idman tarixinə yazdırdı İN İCMALI

Nərgiz Süleymanova adını Azərbaycan idman tarixinə yazdırdı İN İCMALI

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova Böyük Britaniyanın Şeffild şəhərində keçirilən Avropa çempionatında çıxış edərək həm ümumilikdə ölkə idmanı, həm də fiqurlu konkisürmə tarixinə adını yazdırıb. O, fiqurlu konkisürmə üzrə Avropa çempionatında çıxış edən ilk azərbaycanlı qadın kimi tarixə düşüb.

İdman.Biz xəbər verir ki, Süleymanova qitə birinciliyində qısa proqramla çıxış edib və 46,60 xal toplayaraq 38 iştirakçı arasında 30-cu yeri tutub. Azərbaycanlı fiqurlu konkisürən mübarizəni sərbəst proqramda davam etdirəcək ilk 24 idmançı sırasına düşə bilməyib.

Qısa proqramdan sonra liderliyi Estoniya təmsilçisi Niina Petrokina 70,61 xalla ələ alıb. Növbəti yerlərdə isə Nina Pinzarrone (Belçika) – 64,97 xal və Anna Petssetta (İtaliya) - 64,85 xal ilə qərarlaşıb.

Qeyd edildiyi kimi, Nərgiz Süleymanova fiqurlu konkisürmə üzrə Avropa çempionatında çıxış edən ilk azərbaycanlı qadın olub. Daha əvvəl Azərbaycan qitə çempionatlarında bu idman növündə yalnız naturalizasiya olunmuş idmançılar tərəfindən təmsil edilirdi.

Şeffilddə qadınların tək konkisürməsi üzrə final mərhələsinə vəsiqə qazana bilməməsinə baxmayaraq, azərbaycanlı idmançının inkişafını qeyd etməmək mümkün deyil. Xüsusilə nəzərə alsaq ki, Avropa çempionatında iştirak avtomatik şəkildə verilmir və sırf idman prinsipi əsasında qazanılır. Əldə olunan təcrübəni nəzərə alaraq, növbəti mövsümdə Nərgiz Süleymanovadan təkcə qitə birinciliyində daha yaxşı nəticə deyil, həm də dünya çempionatında layiqli çıxış gözləmək olar.

Əlavə edək ki, Süleymanova ilə yanaşı, Şeffilddə keçirilən Avropa çempionatında Azərbaycanı həmçinin buz üzərində rəqslər yarışında çıxış edən Samanta Ritter və Daniyel Brıkalov da təmsil edir.

Teymur Tuşiyev

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri