Icma.az
close
up
RU
Nərgiz Süleymanova: Azərbaycan yığmasında çıxış etmək üçün uzun illər səy göstərmişəm MÜSAHİBƏ İdman və Biz

Nərgiz Süleymanova: Azərbaycan yığmasında çıxış etmək üçün uzun illər səy göstərmişəm MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kanadada yaşayan fiqurlu konkisürmə üzrə Azərbaycan millisinin üzvü Nərgiz Süleymanova AZƏRTAC-ın suallarını cavablandırıb.

İdman.biz həmin müsahibəni təqdim edir:

- Əvvəlcə özünüz haqqında ətraflı məlumat verərdiniz...

- Mən 2004-cü il sentyabrın 6-da Almaniyanın Mülhauzen şəhərində anadan olmuşam. Hazırda peşəkar şəkildə fiqurlu konkisürmə ilə məşğul oluram.

- Bu idman növü ilə məşğul olmağa sizi kim və ya nə ilhamlandırdı?

- Uşaq ikən ani bir anda bu idman növü ilə məşğul olmaq arzusuna düşdüm. Anamla birlikdə çox vaxt televiziyada konkisürmə yarışlarına baxırdıq. Anama konki sürməyi öyrənmək istədiyimi dedim. Ertəsi gün məni Kölndəki idman klubuna yazdırdı.

- Peşəkar karyeranıza 2010-cu ildə başlamış və 2021-ci ilə qədər Almaniyanın bayrağı altında beynəlxalq turnirlərdə iştirak etmisiniz. Lakin daha sonra yarışlara 3 illik fasilə verərək Kanadaya köçmüsünüz. Bu fasilənin səbəbi nə idi və həmin ərəfədə nə ilə məşğul olmusunuz?

- 3 illik fasilə verməyimin səbəbi ondan ibarət idi ki, ürəyim hər zaman Azərbaycan bayrağı altında çıxış etməklə döyünürdü. Azərbaycan millisinə keçmək üçün isə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) qaydalarına əsasən 2 il heç bir yarışda iştirak etməməli idim. Buna görə də Azərbaycan Qış İdman Növləri Federasiyasına mənə dəstək olduqları və arzumu reallaşdırmağımda kömək etdikləri üçün çox təşəkkür edirəm. Kanadaya isə məşqçilərim orada olduqları üçün köçmüşdüm. Onların məşq keçdikləri klubda hazırlaşmaq üçün daha yüksək imkanlar var idi.

- İki il ümumiyyətlə konki sürməmisiniz. Karyeranızı yenidən bərpa etməyə necə qərar verdiniz?

- Bəli, 2 il tamamilə konkidən uzaq qaldım. Çünki gimnaziyada oxuyurdum. Oranı da yüksək balla bitirdim. Amma boş vaxtlarımda məşq etməyi unutmurdum.

- Uzun fasilədən sonra buz meydançasına çıxanda hansı çətinliklərlə üzləşdiniz?

- Əlbəttə ki, uzun fasilədən sonra buz meydançasının üzərinə çıxmaq bir qədər çətin olur. Amma buna baxmayaraq, hazırda daha həvəslə məşq edirəm. Çünki artıq doğma Azərbaycanı təmsil edirəm.

- Almaniyada yaşamağınıza baxmayaraq, Bakıya gəlib Azərbaycan yığmasının şərəfini qorumaq istəmisiniz və uzun illər böyük səy göstərərək nəhayət millinin bir üzvü olmağı bacarmısınız. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək istəyinizin bu qədər güclü olmasının səbəbi nə idi?

- Bəli, Azərbaycan yığmasının tərkibində çıxış etmək üçün uzun illər səy göstərmişəm. Bunun da səbəbi Vətənə olan dərin sevgimdir.

- Azərbaycanı ilk dəfə noyabrın 20-24-də Polşanın Varşava şəhərində keçirilmiş beynəlxalq turnirdə təmsil etdiniz. Qısa və sərbəst proqram üzrə 26 idmançı arasında 135.15 xal toplayaraq yekun nəticədə 16-cı oldunuz. Azərbaycan bayrağı altında çıxış etdiyiniz ilk yarış barədə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Bu, mənim Azərbaycan millisinin heyətində çıxış etdiyim ilk yarış olduğu üçün, sözsüz ki, həyəcanlı idim. Lakin özümü toparlamağa və layiqli nəticə əldə etməyə çalışırdım.

- Azərbaycanda bu idman növünün gələcəyini necə görürsünüz?

- Bu idman növünün Azərbaycandakı gələcəyini yüksək və parlaq görürəm. Qış İdman Növləri Federasiyası da fiqurlu konkisürmənin inkişafı üçün çox çalışır.

- Konki sürəndə ən çox nədən və ya nələrdən zövq alırsınız?

- Ümumiyyətlə, konki sürməkdən çox zövq alıram. Sanki bu idman növü mənim bütün həyatımdır. Hətta uşaq vaxtı məşqlərimi bitirdikdən sonra belə məni buz meydandaçasından çıxara bilmirdilər.

- Yarış zamanı stres və həyəcanınızı boğmaq üçün xüsusi bir strategiyanız varmı?

- Heç nəyi fikirləşməməyə çalışıram. Yalnız öz performansıma fokuslanıram. Buzun üzərində olarkən, sadəcə düşünürəm ki, azarkeşlərə gözəl bir rəqs bəxş edim.

- 13 yaşınız olanda tanınmış almaniyalı konkisürən Katarina Vittlə müqayisə edilmisiniz. Həmin vaxt bunu eşidəndə hansı hissləri keçirmişdiniz?

- Almaniyada yaşadığım üçün uşaqlıqdan Katarina Vitt kimi ulduz olmaq istəyirdim. Bəli, məni onunla müqayisə edirdilər. Hətta bununla bağlı qısa bir film də çəkmişdilər.

- Fiqurlu konkisürmədə özünü sınamaq istəyənlərə nə məsləhət görərdiniz?

- Mən onlara demək istəyirəm ki, əgər kiminsə konki sürməyə həvəsi varsa, qorxmasın, özünü bu sahədə sınasın. Əminəm ki, onlar bundan həzz alacaqlar.

- Hazırda sizi hansı yarışlar gözləyir və gələcək üçün əsas hədəfləriniz nələrdir?

- Hazırda məni Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək beynəlxalq yarış gözləyir. Burada daha yüksək nəticə göstərməyə çalışacağam. Qarşıma qoyduğum hədəflərim öncə Avropa çempionatı, daha sonra dünya çempionatı və nəhayət Olimpiya Oyunlarıdır. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan bayrağını daim yüksəklərə ucaldım.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see235

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see142

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri