Icma.az
close
up
RU
Nəriman hələ gəncdir, dərk etməlidir ki... Samir Əliyev

Nəriman hələ gəncdir, dərk etməlidir ki... Samir Əliyev

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar yerli futbol ictimaiyyətinin əsas müzakirə mövzularından biri Azərbaycanın Avropada ən bacarıqlı təmsilçisinin - "Qarabağ"ın hücum xəttidir. Əksəriyyət Nəriman Axundzadə və Musa Qurbanlı kimi mərkəz forvardlarına malik "köhlən atlar"ın təcili şəkildə yeni legioner transfer etməli olduğunu düşünür. Bəs görəsən start "11-lik"dəki yerini möhkəmləndirən 21 yaşlı Axundzadə əsas hücumçu missiyasını üzərinə götürə biləcək fiqurdurmu? Ağdam təmsilçisi əcnəbi ön xətt oyunçusu transfer etmədən qitməmiqyaslı turnirlərdə ciddi uğura imza ata bilərmi? Məsələ ilə bağlı Azərbaycan millisinin sabiq hücumçusu, U-21-i çalışdırdığı dönəmdə Nərimanın baş məşqçisi olmuş Samir Əliyevin fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Nəriman Axundzadə yüksək potensiala malik olan futbolçudur. Hücumçuya xas olan bir çox keyfiyyətlər onda cəmləşib. Sürəti, açılmaları, işlək sol ayağını və zərbələrini qeyd etmək olar. Nərimanın bəxti onda gətirib ki, bu gün "Qarabağ" kimi bir komandada, Qurban Qurbanovun rəhbərliyi oynayır. Belə desəm, uzun müddətdir formalaşdırılmış sistemin içindədir və keyfiyyətli futbolçuların əhatəsindədir. Təbii ki, daha təcrübəli komanda yoldaşlarından çox şey öyrənir. Ən vacibi də işə yanaşmasıdır. Özümüz də görürük ki, Qurban Qurbanov Nərimana önəmli matçlarda şans verir, onun inkişafına şərait yaradır. Bu mövsümdən də artıq avrokubok matçlarında start "11-lik"də yer alır. Nəriman hələ gəncdir, dərk etməlidir ki, öz üzərində daim işləməlidir. Heyətdə Musa Qurbanlı da var, amma rəqabətin artırılması üçün daha bir hücumçuya ehtiyac var. Qurban müəllim də bunun fərqindədir və yeni forvardın transferində maraqlıdır. Səviyyəli hücumçu transfer edilsə, həm Nərimanın, həm də Musanın inkişaf şansı artar. İnanıram ki, Axundzadə getdikcə daha çox inkişaf edəcək, "Qarabağ"a və Azərbaycan futboluna fayda verəcək. Bu futbolçunun yaxın gələcəkdə legioner həyatı yaşamaq şansı olacağını düşünürəm. Belə davam etsə, işinə məsuliyyətlə yanaşsa, daha güclü çempionatlarda mübarizə aparan klubların diqqətini çəkəcək".

Nihat 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see431

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see370

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see313

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see312

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see307

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see283

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see243

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see241

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see235

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see218

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see212

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see200

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see189

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see184

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see180

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see174

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see173

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see172

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see170

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri