Icma.az
close
up
RU
Görkəmli xanəndə, ustad pedaqoq Nəriman Əliyev 95

Görkəmli xanəndə, ustad pedaqoq Nəriman Əliyev 95

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Görkəmli Azərbaycan xanəndəsi, ustad müəllim Nəriman Əliyev 1930-cu il may ayının 5-də Bakı şəhərinin Buzovna qəsəbəsində kəndli ailəsində anadan olub. Buzovna kəndindəki 206 saylı məktəbin 7-ci sinfini bitirdikdən sonra atası ilə birlikdə kolxozda işləməyə başlayıb, müəyyən müddətdən sonra elə işlədiyi yerdən 29 saylı sənət məktəbinə göndərilir. Sənət məktəbini bitirib, Azərbaycan Dəmir yolu Tikinti İdarəsinin qarajında əvvəl xarrat, sonra V dərəcəli avtomobil çilingəri işləyib. 1948-1951-ci illərdə ordu sıralarına çağırılıb, əsgəri xidmətdən 1954-cü ildə qayıdıb və orta təhsilini 38 saylı gecə məktəbində başa vurub. Hələ kiçik yaşlarından musiqiyə böyük həvəsi olan N.Əliyev sonralar xalq mahnılarını və muğamlarını oxumağa başlayıb.

Nəriman Əliyev hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət heç yerdə işləməyib. Səsi olduğu üçün onda xanəndəliyə həvəs yaranıb. Bu, elə-belə deyildi. Nəriman Əliyevin atası Mövsüm kişinin və babası Kərbəlayı Qurbanəlibəyin də yaxşı səsləri olub. Onlar Qurani-Kərimi gözəl avazla muğam üstündə oxuyardılar. Nəriman Əliyev də muğamı sevdiyi üçün korifey xanəndələrin musiqi vallarına, həmçinin radioda səsləndirilən muğamlara qulaq asır, bu da onun özünəməxsus tərzdə muğamı öyrənməsinə səbəb olurdu.

Bir dəfə Buzovna kəndində toy məclisi olur. Məclisi Seyid Şuşinski aparır. Nəriman Əliyev də həmin toyda iştirak edir. Hamı bilir ki, Nərimanın oxumağa böyük həvəsi var. Buna görə də sarpayı Seyid Şuşinskidən xahiş edir ki, icazə versin Nəriman oxusun. Seyid Şuşinski icazə verir. Nəriman Əliyev "Rahab" oxuyur. Seyid Şuşinski narazılıq etmir və Nərimana deyir ki, təhsil almaq lazımdır.

Seyid Şuşinskiyə "Ağa" deyə müraciət edirdilər. Atası Seyid İbrahim, öz adı Mir Möhsün olub. Nəriman Əliyevin ailəsini Seyid Şuşinski ilə ailələrinin yaxın dostu, göyçaylı hüquqşünas Ağababa İsmayılov tanış edir. O zaman Ağababa İsmayılov Maştağa qəsəbəsində xalq hakimi vəzifəsində işləyirmiş. Ağababa İsmayılov bir gün Nərimanın atası Mövsüm kişiyə deyir ki, "Ağa ilə görüşdüm, Nərimanın oxuması haqqında ona dedim, dedi ki, gəlsin evimə, baxaq".

O zamanlar Ağanın evi keçmiş Basin, indiki Füzuli küçəsində yerləşirdi. 

Nəriman Əliyev özündə cürət tapıb gedir Ağanın evinə. Ağa Nəriman Əliyevi gülər üzlə qarşılayır. Nəriman Əliyev görür ki, Qurban Pirimov, Bəhram Mansurov da Ağanın evindədir. Ağa soruşur:

- A bala, səsin var?

- Deyirlər var.

- Onda oxu baxaq.

Nəriman Əliyev Qurban Pirimovun müşayiəti ilə "Bayatı-Şiraz" oxuyur. Ağa onu dinləyəndən sonra deyir ki, gəl mənim dərslərimə qulaq as. 1955-ci ildən Nəriman Əliyev həftədə iki dəfə Ağanın dərslərinə qulaq asmağa gedir. Beləliklə, elə həmin il Seyid Şuşinskinin məsləhəti ilə Nəriman Əliyev sənədlərini A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsinə verir və Seyid Şuşinskinin sinfinə daxil olur.

Tələbə yoldaşlarından biri bir gün Ağaya Nərimangilin çox gözəl bağı olduğunu deyir. Ağa da deyir ki, qonaq çağırar gedib görərik. Nərimanın atası Mövsüm kişi Ağanı Buzovna bağlarına dəvət edir. O gündən Ağa ilə Mövsüm kişinin dostluğu başlayır və o, tez-tez Nərimangilə tez-tez gəlib gedir. Nərimanın atası Mövsüm kişi hətta həyətdə Seyid Şuşinski üçün xüsusi ev də tikir. Nəriman son kurslarda oxuyanda onun muğam ifaçılığı, qabiliyyəti və bacarığı Seyid Şuşinskinin nəzərindən qaçmır. Oğlunu artist kimi görmək istəyən Mövsüm kişiyə deyir ki, oğlun çox yaxşı müəllim olacaq. Beləliklə, Ağa 1955-ci ildən 1965-ci ilin sentyabrına kimi Nəriman Əliyevin evinin əziz sakininə çevrilir.

Seyid Şuşinski hiss edirdi ki, muğamın meydanı getdikcə azalır. İnkar etmək olmaz ki, musiqi xadimləri təxminən 40-50 il bundan qabaq muğam ifaçılığına elə də xüsusi diqqət yetirmirdilər. Radioda həftədə bir dəfə yalnız bazar günü bir saat muğam verilirdi. Muğam dərsləri yalnız A.Zeynallı adına musiqi texnikumunda keçirilirdi. Məhz Seyid Şuşinskiyə olan hörmətə görə 12 saylı məktəbdə Zülfi Adıgözəlov muğam dərsləri deməyə başlamışdı.

Bütün musiqiçilər, bəstəkarlar muğamdan istifadə edirlər. Niyazi, Fikrət Əmirov, Qara Qarayev ən böyük ölməz əsərlərini muğamdan istifadə edib yaratmışdılar.

S.Şuşinski uzun illər bu məktəbdə işləmiş, 1965-ci ilə qədər muğam ifaçıları yetişdirmişdi. Ondan sonra onun məsləhəti ilə bu sinifdə Nəriman müəllim dərs deməyə başlamışdı.

Nəriman Əliyev ona qədər 12 saylı musiqi məktəbində də işləmişdi. Əhməd Bakıxanov, Zülfi Adıgözəlov rəhmətə gedəndən sonra Nəriman Əliyev və Hacıbaba Hüseynov onların yerinə işə götürür. Nəriman müəllim həm orada, həm A.Zeynallı adına məktəbdə, həm də Filarmoniyada çalışırdı.

A.Zeynallı adına musiqi texnikumundakı 19-cu otaq uzun illər muğamatın məbədi olub. Həm Seyid Şuşinskinin, həm də Nəriman Əliyevin vaxtında elə bir muğam ifaçısı (tarzənlər də) yoxdur ki, bu sinifdə olmasın, keçmişdə Seyidi, sonra Nərimanı dinləməsin, keçilən dərslərdə ifalardan öyrənməsin.

Nəriman Əliyev tələbəyə muğamatı həvəslə, zəhmətlə öyrədib. Muğamı verən müəllimin səsi gərək həm bəmdə, həm də zildə işləsin. Muğamın hər guşəsini tələbə müəllimi ilə birlikdə təkrar-təkrar oxuyur, nəhayət mənimsəyir. Sonra başqa şöbələr öyrədilir. Musiqi dərsləri fərdi təlim üsuluna aiddir. Ancaq muğam dərsi elə qurulub ki, o, ümumilikdə fərdidir. Muğam not üzrə keçirilmir, o, beyindən-beyinə köçürülür.

Nəriman müəllim də bu ənənəni ömrü boyu qoruyub saxlamışdı. Muğamı öyrənmək üçün əvvəl qəzəli öyrənməlisən. Qəzəli əruz vəznində oxuya bilməyən tələbə muğamı da oxuya bilməz. Nəriman Əliyevin sinfini bitirən tələbələr həm muğam üzrə keçirilən müsabiqələrdə qalib gəliblər, həm də müəllim olublar. Ağaxan Abdullayev, Vahid Abdullayev məktəbi bitirəndən sonra müəlliminin məsləhəti ilə onunla birlikdə muğam müəllimi işləyiblər. Bir çox yetirmələri də rayonlardakı musiqi məktəblərində muğam müəllimi olublar: Sabir Abdullayev, Lökbatanda Fəxrəddin Hüseynov (mərhum), Qubadlıda Murtuz Bağırov və başqaları. İndi onlar Bakıdakı musiqi məktəblərində muğam dərsləri tədris edirlər.

Nəriman Əliyev müəllim adını həmişə uca tutub. Özünün bir müəllim kimi hörmətini saxlayıb. Onu tanıyan qocalar, cavanlar, böyük, kiçik ona "Nəriman müəllim" deyə müraciət ediblər. Yetirmələri tez-tez televiziyada, radioda çıxışlar ediblər, seviliblər, Nəriman müəllimin tələbəsi kimi tanınıblar.

Nəriman Əliyevin 7 valı buraxılıb. "Humayun" muğamı yazılıb, lakin həmin val satışa verilməyib. Nəriman Əliyev 1960-cı ildən başlayaraq hər il bir neçə dəfə televiziyada muğam dəsgahı, təsniflər, xalq mahnıları oxuyub, amma bu ifalar fondda saxlanılmayıb. Televiziyada yalnız onun "Mahur hindi" muğam lenti, "Başlanğıc" verilişinin lenti, 6 təsnifdən ibarət konserti saxlanılır. Yenə etibarlı radiodur, nə yazılıbsa, orada qalıb! Radioda onun "Cahargah", "Bayatı Şiraz", "Rahab", "Şur", "Mənsuriyə", təsniflər, Xalq mahnıları yazılmış lentləri bu gün də qorunur. Radioda Nəriman Əliyevə həsr olunmuş iki konsert oçerk də saxlanılır. Məsələn, Fəridə Aslanbəyova bir neçə dəfə "Musiqili görüşlər" verilişini bütünlüklə ona həsr edib. Bir çox qəzetlərdə Nəriman Əliyev haqqında yazılar dərc edilib. 

Nəriman Əliyevin zəhməti hədər getməyib. O, musiqi mədəniyyətimizə 100 nəfərə qədər muğam ifaçısı bəxş edib. Onlar xalq artistləri, əməkdar artistlər, opera artistləri, prezident təqaüdçüləri, muğam müəllimləridir. Nəriman Əliyevin Asəf Zeynallı adına Musiqi kollecində muğam sinfini bitirən bir xeyli tanınmış tələbəsi var - Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Zümrüd Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Qaraxan Behbudov, İsmayıl Ələkbərov, Kifayət Gəncəli, Qəzənfər Abbasov, Kəmalə Rəhimli, Təranə Vəlizadə, Teyyub Aslanov, Sahibə Əhmədova, Səbinə İlyasova, Ruzə İbişova, Məhərrəm Həsənov, Təvəkkül Musayev, Murtuz Bağırov, Kürsüm Bağıyeva, Gülsüm Bağıyeva, Ziyafət Yaqubova, Zahid Quliyev (Almaniyada yaşayır), Zakir Mustafayev, Vəliağa Tağıyev, Əflatun Qubadlı, Sabir Abdullayev, Qoçu Əsgərov, Sürəyya İbrahimova və başqaları. 

Bir çox sənətkarlar isə vaxtilə Nəriman Əliyevdən müntəzəm muğam dərsi alıblar: Alim Qasımov, Mələkxanım Eyyubova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Məhəbbət Kazımov, Əlyar Məmmədov, Məmmədbağır Bağırzadə, Səfa Qəhrəmanov, Vahid Abdullayev, Mayis Məmmədov, Eyvaz Həsənov, Fəxrəddin Hüseynov, Niyaz Mehdiyev və başqaları.

1987-ci ildə dahi Üzeyir Hacıbəyovun 100 illik yubileyi münasibətilə keçirilən müsabiqələrdə tələbələrinin müvəffəqiyyətinə və məktəbdəki qüsursuz pedaqoji fəaliyyətinə görə Nəriman Əliyev "SSRİ orta ixtisas əlaçısı" döş nişanı ilə mükafatlandırılıb. 1992-ci ildə ona "Əməkdar müəllim" fəxri adı verilib. Bu adın ona verilməsində o zaman mədəniyyət naziri olan Polad Bülbüloğlunun böyük rolu olub.

Nəriman Əliyev 1996-cı ilə qədər keçirilən muğam mahnı müsabiqələrində münsiflər heyətinin sədri və üzvü olub. 1998-ci il aprelin 28-də Nəriman Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 2005-ci ildə Nəriman Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib.

Bu il Beynəlxalq Muğam Mərkəzində 5 may tarixində "Unudulmayanlar" layihəsi çərçivəsində Əməkdar müəllim, xanəndə Nəriman Əliyevin 95 illik xatirə gecəsi keçiriləcək.  Tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik.

 Leyla ABASOVA

Tarix üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri