Nəriman Həsənzadə Poylu körpüsünün o tayına addadı
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Xalq şairi Osman Sarıvəlli “Hər kim yüz il yaşamasa günah onun özündədir” demişdi o məşhur şeirində. Nəriman Həsənzadə bu mənada günahkardır, yüz yaşına çox az qalmışdı.
Çoxları elə bilirlər ki, Nəriman müəllimin təmkinli danışıq tərzi, sakit səsi, üzündən əksik olmayan məsum ifadəsi çox yaşlı olduğundan qaynaqlanır. Ancaq onu keçmişdən tanıyanlar da təsdiq edəcəklər ki, o, hər zaman belə idi – hamının üzünə təbəssüm edən, hamının “qadasını alan”, “dərdini alan”.
Bu yaxında böyük şairimizin doğulduğu kəndin adını daşıyan Poylu körpüsü haqda bir-iki faktı dəqiqləşdirmək istəyirdim. Səxavətli olmayan bizim internet kontentimizdə axtarış edərkən qarşıma tez-tez Nəriman müəllimin adı çıxırdı. Və düşündüm ki, şair də demək olar ki, elə Poylu körpüsü ilə yaşıddır.
Martin Haydeggerə görə hər şey bitdikdən sonra geridə ancaq şeir. Bəli, əslində şairlər çox vaxt ancaq öz dövrünün şairi, səlnaməçisi, o dövrün dəyərlərini yazan, arxivləyən insandır. Zənnimcə, Nəriman Həsənzadə də dövrümüzün devrilməz çinarlarından biri idi.
Bu gün Nəriman müəllim Poylu körpüsünün o tayına addadı – yarımçıq qalmış uşaqlıq illərinə, ata-ana həsrətinə qovuşdu. Getdi… Amma özü demişkən, şairlərin ölümü heç vaxt son olmur…
1 avqust 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Avqust 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















