Icma.az
close
up
RU
Nərimanı hədəfə alanlar böyük səhvə yol verirlər Fazil Mustafa

Nərimanı hədəfə alanlar böyük səhvə yol verirlər Fazil Mustafa

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Futbola münasibətdə olan qaragüruhçuluq siyasi, ictimai mühitdə olandan daha acınacaqlı imiş. Ölkəmizin qürur mənbəyi olan, futbol təsərrüfatımızın ayıbını ört-bas edən "Qarabağ" klubu 2 möcüzəli qələbədən sonra gedib İspaniyada dünyanın ən güclü klublarından biri olan "Atletik Bilbao"ya 3-1 hesabı ilə məğlub olub. Həm də komanda gücü yetdiyindən də artıq bir fədakarlıqla mübarizə apararaq məğlub olub.

Səhv etmirəmsə, oktyabr ayında "Bilbao"nun İspaniya millisində 1 oyunçusu oynadı, "Qarabağ"ın isə 7 oyunçusu millinin heyətində oynadı. Həm də son iki oyunda millimiz az-çox baxımlı futbol ortaya qoydu. İndi həmin oyunçular öz klub komandasına dönüb Çempionlar Liqasında möcüzə yaratmağa çıxırlar. Bu həmişə mümkündürmü? Əlbəttə yox! "Qarabağ" bundan sonra bütün oyunları uduzsa belə Azərbaycan futbolu adına öz qəhrəmanlığını, fədakarlığını edib. "Qarabağ"ı bu yarışın çempionu görmək istəyirsiniz? Hələ ki, Azərbaycan çempionu olması ilə ilə bəlkə kifayətlənək? İndi sadəcə gözəl futbol tamaşasına çayımızı içib tamaşa etmək, dünyanın ən peşəkar futbolçuları ilə ayaqlaşmağa çalışan futbolçularımızı alqışlamaq və onsuz da fədakarlıq edən bu insanları amansız şəkildə qınamaqdan uzaq durmaq doğru davranışımız olmazmı? Digər tərəfdən 21 yaşlı Nəriman Axundzadəni hədəfə alanlar da böyük səhvə yol verirlər. Sabah bu hədəfdə Bəhlul da, Elvin də, Toral da hansısa bir yanlışa görə ola bilər. Son illərdə futbol bataqlığında az-çox yetişə bilən bu gəncləri bu cür linç etməklə nə qazanacaqsınız? Əlbəttə, səviyyə fərqləri var, fiziki şərtləri məşqçi heyətindən başqa kimsə dərindən bilmir, kənardan bu cür mühakimə, ittiham meydanda olub-qalan tək komandamıza zərər verir.

Bu komanda məğlub olanda da, tökülüb-dağılmırsa, mən elə bundan da zövq almağa davam edəcəyəm! Fəxrimiz, qürurumuz "Qarabağ"!

Fazil MUSTAFA,

millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri