Icma.az
close
up
RU
Nərimanın əvəzinə Xəyal oynasın Santuş Macarıstana qarşı necə oynamalıdı?

Nərimanın əvəzinə Xəyal oynasın Santuş Macarıstana qarşı necə oynamalıdı?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Yığmamız bu gün ardıcıl 10-cu oyununda qələbə qazanmaya bilər.

Üç gün əvvəl reytinqdə bizdən aşağıda olan Latviya millisinə qarşı oynadıq. Demək olar ki, ikinci heyətlə oynayan rəqibin qapısına yol tapa bilmədik. Mahir Emreli Avropa klublarını özünə aşiq edir, yığmaya gələndə ayağı əsir. Emin Mahmudov isə sanki Qurban Qurbanovu ötməmək üçün “əlindən gələni edir”. Emini nə vaxt dayaq yarımmüdafiəçisi mövqeyində gördüyümü xatırlamıram. Latviyaya qarşı isə ən dərindən oynadı.
Ümumiyyətlə, Fernando Santuş hələ də dəqiqləşdirməyib ki, milli komanda hansı taktiki sxemlə, hansı rəqibə qarşı necə oynamalıdı. Sağ cinahda Toral, sol cinahda da Elvin çağrılan futbolçulara əsasən ideal variantdı. Lakin bu faktdı ki, Cəfərquliyev 3-5-2 taktiki sxeminə uyğun gəlmir.
Macarıstana qarşı da dördlü müdafiə ilə oynamaq ən uyğun seçim olardı. Sol Elvin, sağ Toral, mərkəzdə də Bəhlul, Elvin, ya da Cəlal. Yarımmüdafiədə seçimlər çoxdu. Amma Emin Mahmudov mütləq öz işini - hücuma top daşımağı görsün. Heyətdə nə qədər futbolçu olsa da, yığmanın durumu “Neftçi”yə bənzəyir, yəni Emin Mahmudovdan asılıdı.
Hücum xəttimiz isə dostu qorxu, düşmənə güvən verir. Xəyalla Mahirdən başqa nəsə edə biləcək kimsə yoxdu. Mahirin oyunu millidə alınmır. Xəyal isə Latviya ilə oyunda sonradan meydana çıxsa da, yaxşı oyun göstərdi. Nərimanın əvəzinə Xəyalın oynaması daha məqsədəuyğundu.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see166

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see116

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see116

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see113

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri